Keçmiş məhkum məktəbli qonşusunu öldürüb
Noyabrın 18-də axşam saatlarında Mingəçevir şəhərində qətl hadisəsi törədilib. Hadisə məcburi köçkünlərin məskunlaşdığı “Yeni həyat” yaşayış massivində qeydə alınıb.
Qəsəbədə məskunlaşmış Ağdam rayon sakini, əvvəllər 3 dəfə məhkum olunmuş Əlvan Nuxa oğlu Qasımov qonşusu, Xocalı rayon sakini16 yaşlı Orxan Tofiq oğlu Kərimovu tapançadan açdığı atəşlə qətlə yetirib.
İlkin məlumata görə, Ə.Qasımov yeniyetməyə 3 dəfə açıb. Güllələrdən biri onun baş nahiyəsinə dəyib. O.Kərimov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Qətli törədən şəxs polislər tərəfindən saxlanılıb. Onun üzərindən cinayətdə istifadə etdiyi “Makarov” tipli tapança və 6 ədəd patron aşkar edilərək götürülüb.
Hadisənin baş vermə səbəbi məlum deyil.
Qeyd edək ki, Orxan Kərimov ailənin əkiz övladlarından biri idi.
Faktla bağlı araşdırma aparılır.
Azər