Hüquq müdafiəçisi Anar Məmmədli
Biz ötən bir ildə şahidi olduq ki, hakimiyyət münaqişənin həlli ilə bağlı aydın strategiyaya malik deyil. Məsələn, Azərbaycan tərəfi 10 noyabr sənədinin icrası ilə bağlı sual doğuran aşağıdakı mövzularda çalışmalarını ictimaiyyətə hələ də açıqlamır:
1) Rusiya sülhyaratma kontingentinin mandatı və səlahiyyətlərinin aydınlaşması
2) Erməni hərbi birləşmələrinin Qarabağdan çıxarılması
3) Məcburi köçkünlər və qaçqınların BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nəzarəti altında geri qaytarılması
4) Azərbaycanın Laçın dəhlizi boyunca vətəndaşların, nəqliyyat vasitələri və malların hərəkətinin təhlükəsizliyinə zəmanət mexanizminin çərçivəsi
5) Ötən bir il ərzində əsirlər və girovlar, habelə cəsədlərin dəyişdirilməsi ilə bağlı əməkdaşlığın nəticələri
Əgər yuxarıdakı məsələlərin icrasında problemlər varsa, bunun səbəbləri ictimaiyyətə aydın olmalıdır.
Eyni şəkildə iqtidar cəmiyyətə aydın şəkildə izah etməlidir ki, bundan sonrakı mərhələdə yekun sülh sazişinin perspektivini necə görür.
Əgər həqiqətən münaqişənin sülh yolu ilə həllinə siyasi iradə varsa, o zaman re-inteqtrasiya, sülhyaratma və atəşkəsin qorunması ilə bağlı planlar təqdim edilməlidir.