Bayden və  Ərdoğan, “Cənubi Qafqazda diplomatik səyləri” müzakirə etdi

Ağ Evdən verilən məlumata görə, bazar günü Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdə prezident Co Bayden Cənubi Qafqazda diplomatik səyləri müzakirə edib.

İki lider bu il Romada baş tutan G-20 Sammitinin çərçıvəsində narında təxminən 55 dəqiqə görüşdü.

Bayden Türkiyənin Rusiya raket sisteminə malik olması və insan haqları ilə bağlı narahatlıqlarını da dilə gətirib.

“Prezident Bayden konstruktiv münasibətləri davam etdirmək, əməkdaşlıq sahələrini genişləndirmək və fikir ayrılıqlarımızı səmərəli şəkildə idarə etmək istəyini vurğuladı. O, Türkiyənin Əfqanıstandakı NATO missiyasına iyirmi ilə yaxındır verdiyi töhfələrə görə minnətdarlığını ifadə edib”, – Ağ Evdən verilən məlumatda deyilir.

“Liderlər Suriyadakı siyasi prosesi, ehtiyacı olan əfqanlara humanitar yardımın çatdırılması, Liviyada seçkilər, Şərqi Aralıq dənizindəki vəziyyət və Cənubi Qafqazda diplomatik səyləri müzakirə ediblər”.

“Prezidentlər arasında çox konstruktiv söhbət oldu. Bayden  Türkiyə ilə konstruktiv münasibətlər qurmaq və fikir ayrılıqlarımızı idarə etmək üçün effektiv yol tapmaq istəyini açıq şəkildə ifadə etdi”, – ABŞ administrasiyasının  rəsmisi görüşdən sonra jurnalistlərə bildirib.

Bayden bildirib ki, Ankara son bir neçə həftə ərzində Türkiyənin F16-ları almaq istəyinin olduğunu “çox aydın” deyib.  Bununlz  bağlı Bayden  «ABŞ-da keçməli olduğumuz bir proses var deyərək»  bu proses üzərində işləməyə davam etmək öhdəliyi götürüb

Ankaranın Rusiyadan S-400 raket sistemi alması NATO və Vaşinqton tərəfindən şiddətlə qarşılanıb. Bayden bu narahatlıqları birbaşa Ərdoğana ünvanlayıb.

 Ağ Evdən verilən məlumatda deyilir ki, eyni zamanda Bayden  «konstruktiv münasibətləri davam etdirmək, əməkdaşlıq sahələrini genişləndirmək və fikir ayrılıqlarımızı effektiv şəkildə idarə etmək istəyini” vurğulayıb.

“Prezident [Bayden] və administrasiya S400-lərin problem olduğunu çoxdan açıqlayıb”, – ABŞ rəsmisi deyib.

Contact.az