AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı
2 il əvvəl 19 oktyabr aksiyasından bir gün öncə Niyaməddin Əhmədovla danışıb, ona Əli bəyin mühafizəsinə rəhbərlik etməyi təklif etdim. Məmnuniyyətlə razılaşdı və mən də mühafizədə olacaq digər dostların kordinatlarını ona verdim. Həmin gün səhər Əli bəy gilə gedərkən, onun yaşadığı binanın yanında saxlanıldım.
Abşeron polisindən buraxılandan isə saat 8-9 radələri olardı. Dərhal Nəsimi polis idarəsi yaxınlığında toplanmış etirazçıların yanına gəldim. Burada öyrəndim ki, Əli bəy həbs olunub və qəddarcasına döyülüb. Toplaşanlar Əli bəyin burada saxlanıldığını güman edirdilər. Dərhal oradakı jurnalistləri toplayıb mətbuat konfransı keçirdim və Əli Kərimli azadlığa buraxılmayacağl təqdirdə səhər saat 11- də oun onun evinin qarşısında mitinq keçiriləcəyi elanını verdim. Ekstremal şərait idi və partiya Rəyasət Heyətinin toplanması imkanı olmadığı üçün, məsuliyyəti öz üzərimə götürüb bu qərarı verdim. Həmin vaxt hadisələri kənardan izləyən bəziləri sosial şəbəkələrdə situasiyanın xüsusiyyətlərini nəzərə almadan, mənim təkbaşına belə bir elan verməyimi tənqid edən yazılar paylaşırdılar. Halbuki belə kəskin situasiyalarda kollegial orqanın fəaliyyəti mümkün olmadığına görə, təşkilatın rəhbərliyində təmsil olunan şəxs kimi məsuliyyəti öz üzərimə götürüb fərdi şəkildə qərar verməkdən başqa yol yox idi. Əks təqdirdə təşkilat olaraq hadisələrə reaksiya verməmiş olacaqdıq.
Sonra Məhəmməd İbrahimlə orada olan etirazçıları toplayıb Əli bəyin evinin qarşısına yürüş etmək qərarı verdik. Məqsədimiz səhərə qədər orda qalmaq idi.
Yenicə hərəkətə başlamışdıq ki, Süleyman Rəhimov küçəsi ilə Azadlıq prospektinin kəsişdiyi yerdə polislər bizi saxladılar. Bizi əvvəlcə mindirdikləri avtobusda bir neçə dəqiqə saxlayandan sonra düşürüb çevik polis alayının əməkdaşları olan avtobusa keçirdilər. Avtobusun pilləkənini ilə yenicə qalxmışdım ki, arxadan kimsə mənim adımı deyib işarə verdi və girişdən arxa oturacağa gedənə qədər çevik polis əməkdaşları məni vurmağa başladılar.
Sona bizi Xətai polis şöbəsinə gətirib gecə saat 4 – də xəbərdarlıq edib biraxdılar.