AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı
Dövlət müstəqilliyimizin bərpa edildiyi bu gün böyük tarixi əhəmiyyətə malikdir. Ancaq nə qədər paradoksal olsa da, bu gün dövlət hakimiyyətində olanlar, təmsil etdikləri dövlətin müstəqilliyinin bərpası günününün önəmini inkar etməyə çalışırlar. Niyə?
- Çünki müstəqilliyə aparan o möhtəşəm tarixi proseslərdə indiki iqtidar komandasından kimsə rol almayıb.
- Müstəqillik Aktının qəbul edilməsi kütləvi xalq mübarizəsinin nəticəsində mümkün olmuşdu. Xalq Cəbhəsinin rəhbərlik etdiyi kütləvi xalq hərıjatınlnlqın təzyiqləri qarşısında o zamankı kommunist rəhbərliyi geri çəkilməyə məcbur oldu və Ali Sovet müstəqilliyin bərpasına səs verdi. Bu tarixi xatırlamaq həm də, xalqın kütləvi mübarizə yolu ilə öz iradəsini hakimiyyətə qəbul etdirməsi nümunəsinin yaşaması deməkdir. Bu nümunə isə indiki hakimiyyəti hər zaman qorxudur.
- Bu tarixin ehtiramla xatırlanması, həm də müstəqilliyin bərpasında iştirak edən şəxslərin və o zaman milli siyasi iradəni təmsil edən Xalq Cəbhəsinin dövlətçiliyimizə necə bir şərəfli xidmət göstərdiyini də xatırladır. Ancaq hazırkı iqtidarın ideoloji – siyasi xəttində bu prosesdə rol alanlar və onların varisləri düşmən, xain kimi təqdim olunurlar. 18 oktyabrın əhəmiyyəti həm də bu səbəbdən aşağı salınır.
- Müstəqilliyin bərpasının xüsusi şəkildə qeyd olunması hər bir xalqda müstəqil dövlət anlayışını müqəddəşləşdirir, onun toxunulmazlığını təmin edən prinsipləri cəmiyyət üçün qırmızı xəttə çevirir. Bu isə ölkəni Moskvanın vassalına çevirən hazırkı siyasətin mahiyyəti ilə ziddiyyət təşkil edir. Ona görə də indiki ailə hakimiyyəti toxunulmaz dövlət müstəqilliyi anlayışının kütləvi şüurda kök salmasında maraqlı deyillər.
- Dövlət müstəqilliyinin bərpasını əhəmiyyətsizləşdirib, bu müstəqilliyə aparan milli mübarizə prosesini unuttdurub, əvəzində isə “qurtuluş gününü” təmtərağa mindirmək, xalqa, millətə sahib olduğu ölkəni bir ailənin, bir şəxsin əsəri, töhfəsi kimi təqdim etmək məqsədi güdür. Bununla da demək istəyirlər ki, xalq olaraq sənin iradən heç nəyə qadir deyil, o üzdən də bu günkü müstəqillik üçün bir şəxsə, bir ailəyə borclusan.
Bizim müstəqillik idealımız bir klanın, ailənin hakimi mütləqliyini deyil, xalqın suveren iradəsini ifadə edən dövlətin müstəqilliyi qayəsinə bağlıdır. Bu isə demokratiya olmadan əsla mümkün deyil.
Müstəqillik gününüz mübarək.