Bu gün, oktyabrın 13-ü səhər saatlarında Heydər Əliyev Beynəlxalq Hava Limanı – Mərdəkan avtomobil yolunun Suraxanı dairəsi adlanan hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bakı Nəqliyyat Agentliyindən (BNA) AZƏRTAC-a verilən məlumata görə, Mərdəkan istiqamətində hərəkətdə olan “Mercedes” markalı yük avtomobili 171 nömrəli sərnişin avtobusuna çırpılıb.
İlkin iddiaya görə, hadisə yük avtomobili sürücüsünün sükan arxasında yuxulaması səbəbindən baş verib. Yük avtomobilinin ona çırpılması nəticəsində avtobusun da aşdığı bildirilir.
Verilən məlumata görə, hadisə nəticəsində 5 nəfər həyatını itirib, 13 nəfərin vəziyyəti ağırdır.
Hadisə ilə bağlı cinayət işi açılıb. Amma, hələlik, ilkin açıqlamalara tərəflərin münasibətini almaq mümkün olmayıb.
Yük maşınının sürücüsünün 19 yaşı var.
İlkin məlumatlara görə, yük avtomobilinin sürücüsü sükan arxasında yuxulu olub və hərəkət etdiyi zolaqdan çıxaraq sərnişin avtobusuna çarpılıb.
Azadlıq radiosu