AXCP sədri Əli Kərimli
Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar: “Azərbaycana qarşı edilən təhdidləri bizə qarşı edilmiş kimi görürük”.
Təşəkkürlər, hörmətli Hülusi Akar!
Hulusi bəy qardaş Türkiyənin Azərbaycana birmənalı dəstəyini bu sözlərlə davam etdirib:
“Bizim hər hansı şəkildə kimsənin sərhədlərini pozmaq kimi niyyətimiz yoxdur. Ancaq digər tərəfdən də quruda, dənizdə və havada heç bir şəkildə nə özümüzün, nə də dost və qardaşlarımız Azərbaycanın, Şimali Kipr Türk Cümhuriyyətinin haqqını, hüququnu yedirtmərik”.
Qardaş Türkiyə hakimiyyətinin belə cəsarətli və birmənalı dəstəyi ölkəmiz üçün şansdır. Azərbaycan hakimiyyəti də Qoşulmayanlar Hərəkatı kimi fəaliyyətsiz qurumla özünü aldatmamalı, Rusiyanın təzyiqlərindən qorxmamalı və bu tarixi fürsəti düzgün istifadə etməlidir. Azərbaycanla Türkiyə arasında qarşılıqlı müdafiə haqqında dövlətlərarası saziş imzalanmalı, həmin sazişlər ölkə parlamentləri tərəfindən təsdiq edilməlidir. Sazişdə “silahlı qüvvələrin koordinasiyası” kimi mücərrəd müddəalar yerinə aydın şəkildə yazılmalıdır: “Bu dövlətlərin hər hansı birinə təhdid və ya hücum ediləcəyi təqdirdə, bu hərəkətlər həm də digər dövlətə qarşı təhdid və hücum kimi qiymətləndiriləcək. Təcavüzkar dövlət və ya dövlətlərin təcavüzü birlikdə dəf ediləcək.”