Avropa Liqasının qrup mərhələsində çıxış edən “Neftçi” gözlənilmədən güclü “İnternazionale” (bu kluba “İnter” də deyirlər) klubu ilə xalları bölməyə nail olub 2-2.
Dekabrın 6-da Milanda, Giuseppe Meazza stadionunda keçən oyunun əvvəlində meydan sahibləri hesabı açıblar. Matçın 9-cu dəqiqəsində Xorvatiya mənşəli hücumçu – Marko Livaja fərqlənib.
Birinci hissə 1-0 hesabı ilə başa çatıb. 2-ci hissənin əvvəlində “Neftçi”nin 6 nömrəsi Rəşad Sadıxov hesabı bərabərləşdirsə də, Livaja dərhal İtaliya klubunu yenidən hesabda irəli çıxarıb, 2-1.
Oyunun son dəqiqələrində Çili mənşəli “Neftçi” oyunçusu Nicolas Canales 2-ci qolu “İnter”in qapısından keçirərək öz komandasını məğlubiyyətdən xilas edib. Gərgin keçən oyunda hakim 4 sarı vərəqə göstərib, hər komandadan 2 oyunçu xəbərdarlıq alıb.
Əslində, meydan sahibləri üçün nəticənin elə də böyük əhəmiyyəti yox idi. Artıq məlum idi ki, Avropa Liqasının “H” qrupunda yarışan “İnter”, Rusiyanın “Rubin” (Kazan) klubu ilə birlikdə mübarizəni davam etdirir. Qrupun digər iştirakçıları, “Neftçi” və Serbiyanın “Parizan” (Belqrad) komandalarına gəlidkdə isə, onlardan birinin “Play-off” mərhələsində gücünü sınayaraq yenidən mübarizəyə qayıtmaq şansı var idi.
Lakin “H” qrupunun digər görüşündə, “Partizan” (Belgrad) -“Rubin” (Kazan) görüşündə də xallar yarı bölündükdən sonra (1-1) məlum oldu ki, “Partizan” da “Neftçi” kimi yarışı 3 xalla başa vurur və daha yaxşı top fərqinə əsasən “Play-off” mərhələsinə məhz serblər keçirlər.
Qrup oyunları başa çatandan sonra Avropa Liqasının növbəti mərhələsinə aşağıdakı komandalar keçdi:
Liverpul (İngiltərə)
Anji (Mahaçqala, Rusiya)
Viktoriya (Plzen, Çexiya)
Aletiko (Madrid, İspaniya)
Fenerbaxça (İstanbu, Türkiyə)
Borussiya (Mönxenqladbax, Almaniya)
Girondins (Bordo, Fransa)
Nyu Kastl (İngiltərə)
Steua (Buxarest, Rumıniya)
Ştudqart (Ştudqart, Almaniya)
Dnipro (Dnepropetrovsk, Ukrayna)
Napoli (Neapol, İtaliya)
Racing Genk (Genk, Belçika)
Bazel (Bazel, İsveçrə)
Rubin (Kazan, Rusiya)
İnternazionale (Milan, İtaliya)
Lazio (Roma, İtaliya)
Tottenham (London, İngiltərə)
Metallurq (Xarkov,Ukrayna)
Bavariya (Leverkuzen, Almaniya)
Hannover 96 (Hanover, Almaniya)
Levante UD (Valensiya, İspaniya)