Sərxan Abbasəliyev
Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini, Quru Qoşunları Komandanı General Ənvər Əfəndiyev.
Səndən tələb edirəm
Çıx açıqlama ver, camaatın, şəhid ailələrinin, Murov döyüşçülərinin haqqını tapdaladığın üçün cavab verməlisən.
Yoldaşlar bu MN məni o həddə çatdırıb ki, artıq öz əsgərimidə ifşa edib bunlara təqdim etmək məcburiyyətində qalıram.
Bu şəkildə gördüyünüz əsgər, Əzizli Zərdüşt Zabit oğlu bir zamanlar Murovda 1-ci taborda mənim xidmət etdiyim bölmədə xidmət edib. Sonra xidmətini davam etdirmək üçün ön xətt bölüyünə təyin olunmuşdu. Döyüşlər başlayanda bizim taborun 27 (Sipər) yüksəkliyində xidmət edirdi. Elə həmin postda düşmənin atdığı artilleriya mərmisindən yaralanıb. Şükür indi yaxşıdır vəziyyəti.
Məsələnin mahiyyəti ondan ibarətdir ki, Murovdağ briqadasının 1-ci taborunda hücum döyüşü yerinə yetirən, həmçinin bu əsgərdən başqa digər ön xətt bölmələrində müdafiədə dayanan hərbçilər və əsgərlər içi mən daxil heç biri “Döyüşdə Fərqlənməyə görə” medalı ilə təltif olunmayıb. Mənə müəmmalı qaldı bu məsələ.
Necə olur ki, şəhid Rahib Babayevlə birlikdə düşməndən post azad edən 20 nəfərə yaxın döyüşçü heç biri bu və digər medallarla təltif olunmurlar. Amma bu əsgər “Döyüşdə Fərqlənməyə görə” medalı alır.
Ümumən 1-ci taborun döyüşçüləri “Kəlbəcərin Azad olunmasına görə” medalı, yaralananlar isə “Hərbi xidmətlərə görə” (ki, bu medalında döyüşlə heç bir əlaqəsi yoxdur) təltif olunublar. Bizim öz mövqeyimizdə müdafiədə dayanan əsgər (bu əsgərin necə və hansı şəraitdə yaralandığını 1-ci tabor döyüşçüləri yaxşı bilirlər, mən yazmağa utanaram) bu medalla təltif olunur.
İndi siz deyin.
Burada əsgər Əzizli Zərdüşt Zabit oğlu, şəhid Rahib Babayevin komandası altında bizimlə birlikdə döyüşərək Canavar sol yüksəkliyinin işğaldan azad edilməsi zamanı o hücum döyüşündə iştirak edən
1.Əsgər Zülfüqarov İbrahim İnşallah oğlunun,
2.Əsgər Hüseynov İslam Elman oğlunun,
3.Əsgər Paşayev Samir Elnur oğlunun,
4.Əsgər Səfərli Rəsul ——- oğlunun,
5.Əsgər Əlizadə Mirfəttah Namiq oğlunun (ağır yaralı),
6.Əsgər Qasımzadə Rəvan —— oğlunun,
Həmçinin yüksəklik alındıqdan sonra o yüksəkliyə gücləndirmə məqsədilə gedən digərləri:
1.Əsgər Nuriyev İsa Afiq oğlunun,
2.Əsgər Tağızadə Elməddin Ceyhun oğlunun (ağır yaralı)
3.Əsgər Babayev Mirəşrəf Asəf oğlunun,
4.Əsgər Bələdov İdrak —— oğlunun və neçəsinin orada olduğunu bilmədiyim üçün adlarını qeyd etmədiyim əsgərlərin haqqına girmirmi.
İndi siz deyin əsgər Əzizli Zərdüşt Zabit oğlu niyə və nəyə görə General Ənvər Əfəndiyevin ucbatından bu əsgər yoldaşlarının qarşısına “Döyüşdə Fərqlənməyə görə” medalı ilə çıxmalıdır.
Hələ mən Canavarda döyüşənlərin və gücləndirmədə olan Zabit, gizir, çavuş heyyətinin adlarını yazası olsam siyqhı uzanacaq. Amma çox təəssüf olsun ki, general Əfəndiyevin ucbatından nə bizim komandirimiz Rahib Babayev layiq olduğu Vətən Müharibəsi Qəhrəmanı adını, nədə onun döyüşçüləri layiq olduqları orden medalları ala bilmirlər. Mən tam əminliklə deyə bilərəm ki, Rahib Babayev sağ olsaydı o bu haqsızlığa dur deyərdi. O, bu qədər haqsızlığa səsini çıxarardı. Ruhun şad olsun komandir. Ama kaş sağ qalaydın, bu şərəfsizlərə yerlərini bildirəydin.
N saylı Murovdağ briqadasının zampaliti (yəni ŞHİÜM) mayor Rüstəmov Orxan Musa oğlu ən son təltiflərdən və MN qarşısındakı aksiyadan sonra mənə “narahat olma Sərxan, növbəti dəfə medalların siyahısı göndəriləcək, onda Canavarın alınmasında iştiral edənlərin də, adları mütləq qeyd olunacaq” demişdi. Məndə 3-4 gün olar kadrlar rəisi mayor Nizami Məmmədovla əlaqə saxladım ki, “deyirlər 25 nə qədər siyahı getməlidi, nə oldu, nə yerdə qaldı”. O mənə cavabında “mənim elə bir söhbətdən xəbərim yoxdur” dedi. Yenidən mayor Rüstəmovla əlaqə saxladım ki, bəs siz belə dediz, kadrlar belə deyir, oda qayıdasan ki, “mən ordan başqa yerə perevod getmişəm, daha mənlik deyil”.
Həmçinin bu adamlar Murov şəhidərinin ailələrini 8 ay aldatdılar. Yalan danışdılar, utanmadılar, qızarmadılar.
Yoldaşlar, hər dəfə dediyim kimi, mən medal davası etmirəm, sadəcə və sadəcə komandirim şəhid Rahib Babayevin, döyüşçü yoldaşlarım və özümün haqqım olanı tələb edirəm. Vəssalam.