Pandemiya ilə əlaqəli Azərbaycanda xüsusi karantin rejiminin müddəti sentyabradək uzadılıb.
Azərbaycanda xüsusi karantin rejiminin müddəti sentyabrın 1-dək uzadılıb.
Baş nazir Əli Əsədov bununla bağlı bu gün, iyulun 22-də qərar imzalayıb.
Xüsusi karantin rejiminin müddəti avqustun 1-də başa çatırdı.
Habelə həftəsonları ictimai nəqliyyatın, o cümlədən metronun işləməməsi ilə bağlı qərar da avqustun 30-na qədər uzadılıb. Azərbaycanda koronavirus pandemiyası ilə bağlı ötən ilin martından karantindir.Bu müddət ərzində rejim yoluxma sayından asılı olaraq zaman-zaman gah sərtləşdirilib, gah da yumşaldılıb.
Azadlıq radiosu