Azərbaycan ordusunun mövqelərinin atəşə tutulduğu bildirilir.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi iyulun 14-də məlumat yayıb.
Məlumatda yazılıb:
“Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində, qanunsuz erməni silahlı dəstələri tərəfindən iyulun 13-də saat 21:34-də və saat 21:45-də Şuşa şəhəri ətrafındakı Azərbaycan ordusunun mövqeləri pulemyot və avtomatlardan atəşə tutulub”.
Açıqlamaya görə, Azərbaycan bölmələrinin şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.
Hələlik, Ermənistan Müdafiə Nazirliyi bu barədə bir məlumat verməyib.
Son günlər istər Azərbaycan Ermənistan sərhəddində, istərsədə Qarabağ bölgəsində atəşkəsin pozulması ilə bağlı tez-tez məlumatlar yayılır.Buna görə, tərəflər qarşılıqlı olaraq bir-birlərini günahlandırırlar.