Bu gün Ermənistan vətəndaşlarından ibarət terrorçu silahlı birləşmənin tərkibində döyüşən – Bakı Ağır Cinayətlər Məhkəməsində Karapetyan Rafik Robertoviç, Qoloyan Qurgen Hovannesoviç, Tadevosyan Hrayr Seryojeviç, Maloyan Vaqarşak Merojanoviç, Yeğiazaryan Sasun Seyranoviç, Vardanyan Arsen Araikoviç, Bahrikyan Vahagen Edikoviç, Soğomonyan Setrak Samveloviç, Dilanyan Arman Vazgenoviç, Martoyan Manuk Hovanesoviç, Ambardanyan Mels Karapetoviç, Mikaelyan Andranik Vazgenoviç və Qriqoryan Feliks Arşakoviçin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra təqsirləndirilən şəxslərin vəkilləri bütün proseslərin video-audio görüntüləri ilə keçirilməsiylə bağlı vəsatət qaldırıb
Vəsatət təmin edilib.
Hakimlər kollegiyası təqsirləndirilən şəxslərə hüquqlarını izah edib. Bildirilib ki, onlar dövlət hesabına vəkillə təmin edilib.
Məhkəmənin baxış iclası iyulun 1-nə təyin edilib.
Report