Larisa Dureyan oktyabrdan 20 yaşlı oğlu Mxitarı axtarır. O, sentyabrda müharibə başlayanda Azərbaycanın Füzuli rayonunda imiş
“Foreign Policy” dərgisində Ceyson Krabtri 2-ci Qarabağ müharibəsinin dünyanın digər münaqişəli bölgələri üçün dərslərini təhlil edir.
Ötən ilin payızında 44 günlük müharibə ümumilikdə 6 minə yaxın insanın həyatına son qoyub. Onminlərlə insan yaralanıb, evindən didərgin düşüb. Müharibə nəticəsində qoşunların təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.
Tayvan dərsini alıb
Müəllif bu ilin mayında 20 günlük zorakı kampaniya zamanı Həmasın İsrailə minlərlə raket ataraq Dəmir günbəz havadan müdafiə sistemini sərt sınağa çəkdiyini yazır.
Məqalədə bu iki qısamüddətli münaqişənin döyüşlərin gələcəyi, özəlliklə də hava qüvvələrində istifadə baxımından bəzi dərsləri üzə çıxardığı qeyd olunur. Türkiyə Azərbaycana F-16 qırıcılarını müvəqqəti istifadəyə verib, Ermənistan ordusuna qarşı dronlar işə salınıb. İsrail isə hədəfi özünə çəkmək üçün süni intellektdən istifadə etdiyini bildirib.
Bir təhlilçi əsasın Rusiya istehsalı olan ortamənzilli raket buraxıcılarından ibarət 175-dək hərbi avadanlığın dronlar tərəfindən müəyyənləşdirilərək məhv edildiyini aşkarlayıb. Azərbaycan həmçinin Türkiyənin Bayraktar TB2 dronundan istifadə edərək dağlıq ərazilərdə yerləşdirilmiş yer-hava sistemlərini vurub.
“NATO bu dərsə çox fikir verməyəcək, çünki Ermənistanın havadan müdafiə strategiyası Azərbaycanın işini nisbətən ağrısız edib… Amma Tayvan Çinin sahildən hücumundan müdafiə kontekstində asimmetrik dron müharibəsini öyrənəcək. Elə Çin də, şübhəsiz ki, antidron avadanlığına sərmayəni gücləndirəcək, onları həm dəniz, həm sahil qüvvələrində yerləşdirəcək”, – məqalədə deyilir.
Azadlıq radiosu