AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı
Erməni əsirləri niyə verildi, bu planın arxasında duran geosiyasi məqsəd nədir?
15 erməni əsrinin Ermənistana qaytarılması ABŞ və AB-nin birgə uğurlu səyini nəticəsidir. Xüsusilə, ABŞ Dövlət Departamentin rəsmisii Filip Rikerin Bakıda apardığı danışıqlar bu məsələdə mühüm rol oynayıb. Məhz, onun səfərindən sonra baş tutan bu addımı, ABŞ-ın Cənubi Qafqazı Rusiya təsirindən çıxarmaq istiqamətində göstərdiyi diplomatik həmlənin uğuru kimi dəyərləndirmək olar.
Ermənistandakı seçkilər ərəfəsində Qərb Paşiniyanın mövqelərini gücləndirməkdə maraqlıdır. ABŞ rəsmisi Filip Rikerin Bakıda apardığı danışıqlarda, dövlət başçısı İlham Əliyevdən Qərbin bu mövqeyinə dəstək vermək istənilib. Görünən odur ki, İlham Əliyev bu istəyi qəbul edərək, ABŞ-ın istəyinə uyğun olaraq hərbi əsirlərin bir qrupunu geri qaytarmaqla Paşiniyanın mövqeyini gücləndirməyə razı olub.
Aydındır ki, Qərbin istəyinə uyğun olaraq atılan bu addım, Ermənistanda Köçəryanı iqtidara gətirmək istəyən Moskvanın maraqlarına uyğun deyil.
Bu müsbət nəticənin presedentə çevrilməsi, həm də Azərbaycanla Ermənistan arasında öz maraqlarına uyğun vasitəçilik edib, əslində hər iki ölkəni istədiyi vaxt bir- biri ilə toquşduran Moskvanın siyasi və diplomatik üstünlüyünü zəiflədə bilər. Bu yaxınlarda Lavrovun regiona səfərindən sonra Azərbaycanla Ermənistan arasında yaranan sərhəd konflikti, məhz, Rusiyanın bu vasitəçiliyinin nəticəsi idi. Lavrov “Azərbaycan və Ermənistana delmitasiyaya başlamağı biz təklif etdik” deməklə, Rusiyanın bu gərginliyin yaranmasındakı rolunu etiraf etmiş oldu.
Hərbi əsirlərin qarşılığında Ermənistanın minalanmış ərazilərin xəritəsini Azərbaycana verməsi, onu göstərir ki, sülhə doğru real addımlar Qərbin vasitəçiliyi ilə atıla bilər. Bu baxımdan Paşiniyan “biz neçə vaxtdır ki, minalanmış ərazilərin xəritəsini Lavrova vermişik” deməsi, bir daha onu göstərdi ki, Rusiyanın vasitəçiliyi gərginliyi azaltmağa deyil, saxlamağa xidmət edir.
Qərbin təşəbbüsü ilə baş tutan bu mübadilə, həm də Azərbaycanı Rusiyanın təsir dairəsindən çıxarmağa hesablandığına görə bizim üçün daha çox əhəmiyyətlidir. Filip Rikerin Azərbaycanda müxalifət təmsilçiləri il görüşməməsini də bu baxımdan qiymətləndirmək gərəkdir. Çünki Qərb gözəl anlayır ki, indiki halda rejimin qoyduğu sərt qadağalar qarşısında kütləvi xalq mübarizəsinin olmadığı şəraitdə, demokratik prosesin uğuru Azərbaycanı Rusiya təsirindən çıxarmaqdan keçir. Bunfdan ötrü isə ilk növbədə Azərbaycan iqtidarını ürkütməmək, onun geosiyasi seçimdə Qərb blokunda yer almasına nail olmaq gərəkdir. Bu məsələ həllini tapdıqdan sonra isə, İlham Əliyevin qarşısında demokratiya tələblərini daha kəskin şəkildə qoymaq imkanı yaranacaq. Yox, əgər Azərbaycan iqtidarı bu məsələdə sadəcə “yola vermək”, manevr etmək taktikasını seçərsə, o zaman demokratiya və korrupsiyaya ilə bağlı problemlər beynəlxalq səviyyədə gündəmə gətirilərək, hakimiyyətə qarş sanksiyalar tətbiqi qaçılmaz olacaq.
Belarusiyadan fərqli olaraq, Azərbaycandakı hakim zümrənin Qərbdə korrupsiya yolu ilə əldə olunmuş on milyardlarla vəsaitinin olması, mövcud rejimin “Axilless dabanı” hesab olunur. Bu baxımdan, bu gün Azərbaycanın kleptokratik iqtidarı, korrupsiya yolu ilə talayıb topladığı böyük sərvətin siyasi girovuna çevrildiyinin də fərqindədir. Ona görə də iqtidar Qərbin əlində son anda dövriyyəyə girə biləcək daha təsirli təzyiq mexanizminin işə düşmə biləcəyindən narahatdır. .
Bu baxımdan Qərblə Rusiya arasında global geosiyasi qarşıdurmanın kəskinləşməsi və Türkiyəyənin də bu prosesdə Qərblə birgə olması, Azərbaycandakı avtoritar rejimin taleyinin geosiyası konteksdə həllinə zəmin hazırlanmaqdadır.