Milli Şuranın sədri, professor Cəmil Həsənli
Bu gün Uşaqları Beynəlxalq Müdafiə Günüdür. İlham Əliyevin uşaq siyasəti nəinki Azərbaycan körpələrini beynəlxalq müdafiədən, hətta yerli himayədən də məhrum edib. Ölkədə 17 yaşına qədər 2,8 milyon uşaq var. Bu ümumi əhalinin təxminən 27 faizini təşkil edir. Bu qədər uşağın 15 ildir İlham Əliyev tərəfindən uşaq pulu kəsilib, bu qədər körpə sosial baxımdan teleyin ümüdinə buraxılıb.
2006-cı ildə bunlar yalançı bir statiska bəyan etdilər ki, guya ölkədə yoxsulluğun və işsizliyin səviyyəsi 5 faizə düşüb. Bu səbəbdən də guya valideynləri “işləyən”, sosial “rifah” içində boğulan ailələrə uşaq pulu verməyə ehtiyac yoxdur. Amma ölkədə işsiz valideynlərin sayının 2 milyondan artıq olduğunun, yoxsul və sərgərdan həyat keçirən valideynlərin sayının bundan da artıq olduğunun üzə çıxması üçün məşğulluq mərkəzinə sosial paketi əməliyyatı zamanı) bircə həftə lazım gəldi. Deməli İlham Əliyevin bütün sosial siyasəti, o cümlədən uşaq siyasəti də yalan üzərində qurulmuşdu. Hər il sosial yönümlü büdcə təbliğatı adı adı altında sosial imtiyaz və öhdəliklər ləğv edildi, Azərbaycan region və MDB məkanında uşaq pulu ödəməyən ilk və hələ ki, son ölkəyə çevrildi.
İlham Əliyev uşaqlara verilməli olan vəsaitləri müxtəlif korrupsiya kanalları ilə yönəltdi ailə biznesinə, öz uşaqlarının daha da varlanmasına. Hakim ailənin uşaqları nə qədər valandısa, aclıqdan, qida çatışmazlığından, normal tibbi təminatın olmamasından, baxımsızlıqdan, imkansızlıqdan əziyət çəkən ölkə körpələri bir o qədər zəiflədi. Hakim ailə bu məmləkətdə tək böyüklərin haqqını deyil, uşaqların da yaşam haqqını mənimsəyib. Yəni, Sabir demiş qoy mən tox olum, cümlə cahan batsa da, batsın. Ölkə bir ovuc harın məmur uşağının toxluq xəstəliyi ilə 2 milyondan artıq aclıq və səfalət içində yaşayan uşaq arasında yaranan ucrumun dərinliyinə görə fəlakət həddinə gəlib çıxıb. Ofşor hesablırın 10 milyardlara oğurluq pullar hesabına şişdiyi bir məmləkətdə, indi hər 1000 nəfərə düşən uşaq ölümünə görə Azərbaycan dünyada ön yerlərdən birini tutur. Səbəb normal dolanışıq imkanlarının olmaması, milyonlarla ehtiyac içində olan uşağı çüzi sosial yardımdan kənar qoymaq, qida çatışmazlığı, elementar səhiyyə xidmətinin olmaması, ailəlrin yoxsulluq, uşaqların ehtiyac içində çabalamsıdır.
Büdcə imkanları və pulun olmaması bəhanədir. Mühüm olanı siyasi iradə və özünü bu millətin bir üzvü hesab etməkdir. Necə olur ki, bu millətin rahat həyatını pozan Formulalara pul tapılır, müxtəlif oyunlara və oyunbazlıqlara pul tapılır, nazirliklərə ehtiyac olmayan göydələnlərin inşasına yüz milyonlara pul göyə sovrulur, bir tunelin inşası üçün yarım milyard vəsait yerin dibinə “çökür”, hakim ailə və hakim zümrəyə məxsus ofşor hesablar pulun çoxluğundan çiçəklənir, amma uşaq pulu verməyə pul tapılmır. Çünki vermək istəmirlər, ölkənin sərvətlərinə dədə malı kimi baxırlar, xalqa verilən qəpik-quruşu öz ciblərindən çıxan bədxərclik hesab edirlər.
Sosial baxımdan ehtiyac içərisində yaşayan hər uşağa 100 manat ətrafında uşaq pulu verilməsi Azərbaycan dövlətinin imkanları daxilindədir. 2021-ci ilin iyunun sonlarında büdcəyə yenidən baxanda, baş maliyyə sənədində əlavə və dəyişikliklər ediləndə bu məsələ öz həllini tapmalıdır. Uşaqların pulun mənimsəmək onların həyatına qənim kəsilmək, bütün insani hislərdən məhrum olmaq kimi bir şeydir. Əks təqdirdə bu uşaqlar indiki səfalətdən sağ çıxsalar, İlham Əliyevin uşaq puluna göz dikmiş acgöz, kleptokrat korrupsiya rejiminə zaman-zaman lənət oxuyacaqlar.