“Azadlıq” qəzetinin əməkdaşına qarşı polis qanunsuzluğu

Qəzetimizin əməkdaşı Xalid Qarayev qanunsuzluqla üzləşib. Bu barədə onun özü məlumat verib: “İki gün öncə polis məni karantin qaydalarını pozmaqda ittiham edərək 100 manat cərimələyib. Qərarı doğru hesab etmirəm və bununla bağlı məhkəməyə müraciət etmək istəyirəm. Məhkəməyə müraciət üçün cərimə haqda qərarın sürəti lazımdır, amma polis qərarı verməkdən imtina edir”.