Keçmiş deputat, iş adamı Nazim Bəydəmirli özünün fb profilində bir iş adamanın faciəli taleyi haqqında yazıb.
Statusu təqdim edirik
Mənə dünən xaricdən bir dostum yazmışdı ki, bəs bilirsənmi “Baku steel” Rasim Məmmədovun bacanağı intihar edib? Əlavə də etdi ki, Rasim onu öz yanına işə götürübmüş, bu da dürüst insan olduğuna görə Rasimin müavini Çingizlə mübahisə edib ki, sizin gördüyünüz iş biznes deyil, quldurluqdur, haramdır və s. Bu söhbət “böyüyüb”, nəticədə Rasimlə dalaşıb və işdən çıxıbmış, “bərk gedən bacanaq” da təsir edib baldızını boşadıbmış, Elşən Rəhimov adlı bacanaq da çıxıb gedib xaricə, orada kargo şirkəti qurub, işini yavaş-yavaş böyüdübmüş…Rasim tutulandan sonra gəlib Bakıya ki, ailəsi ilə barışıq etsin, nə isə bunu eşidən hüquq-mühafizə orqanları adamı həbs ediblər, anası tanış deputat vasitəsi ilə, çıxıblar həmin həbs edənlərə ki, adamın Rasim Məmmədovla heç bir əlaqəsi yoxdur, adama bəlkə də işgəncə də veriblər, nə isə boşanma sənədləri və şahidlərdən sonra açıb buraxıblar…Bədbəxt bacanağın biznesinə hansısa generalın tamahı düşüb və o başlayıb adamı sıxmağa ki, kargo şirkətini təhvil verməlisən mənim adamlarıma, məlum olub ki, bu generalın da belə bir şirkəti var imiş…Beləliklə, uzun yazmayım, Ramazan bayramı günü sonuncu dəfə keçmiş həyat yoldaşının yanına gedib, barışmağı və Azərbaycandan getməyi təklif edib, söhbət alınmayıb və bədbəxt gedib anasının evinə və özünü asıb…
P.S. Mənə bu xəbəri deyən iş adamı nəql etdi ki, bir neçə ay əvvəl bizim ofisdə görüşmüşdüm, adam dinə imana uyğun davranan, halal insan idi, Rasimin onu və ailəsini necə bədbəxt eləməsindən bəhs etmişdi….
P.P.S. Xəbərlərdə axtardım Elşən Rəhimovun intihar xəbərinə rast gəlmədim, yəqin ki, o general adamı “ölüm həddinə çatdırdığının” məsuliyyətindən azad olmaq üçün “Covid-19” ilə qeyd etdirib…Hesab edirəm ki, hörmətli jurnalistlər axtarıb-tapmaqda mənə və olmuş ehtimalı olan bir cinayətin açılmasına və ya təkzib olunmasında dövlətə yardımçı olacaqlar!