Qaşqay İsmayıl
Beynəlxalq Valyuta Fondunun proqnozuna görə, 2021-ci ildən etibarən inkişaf etmiş ölkələrdə adambaşına düşən ÜDM bərpa olunacaq və artım davam edəcək
Lakin bu sözləri “karbohidrogen iqtisadiyyatları” barədə demək mümkün deyil.
ABŞ, AB, Böyük Britaniya və Yaponiyanın “yaşıl texnologiyalar” hesabına yeni inkişaf bumuna daxil olması gözlənildiyi halda, Rusiya, Səudiyyə Ərəbistanı, BƏƏ, Nigeriya və Venesuela kimi, neft və qazdan asılı ölkələrdə ÜDM artımında durğunluq müşahidə ediləcək
Ekspertlər hesab edirlər ki, burada həm də Qərb dövlətlərinin, neft və qazdan asılı iqtisadiyyatlara ekologiya və karbonla bağlı tətbiq etdikləri vergilər rol oynayacaq. Onlar təbii olaraq öz problemlərini geridə qalmış ölkələrin hesabına həll etməyə çalışacaqlar.
Karbohidrogen resurslarını satmaqla “tox” yaşamaq dövrü sürətlə bitir. Belə olduğu halda, Azərbaycan kimi ölkələr üçün iki seçim mövcuddur: Ya heç nə olmamış kimi əvvəlki iqtisadi və siyasi xətti davam etdirib labüd kollapsı gözləmək, yaxud da köklü dəyişikliklərə gedib, Qərbin bir hissəsi olmasa da, həmin istiqamətdə addımlamaq, investisiyalar cəlb etmək və nisbətən çevik, diversifikasiya olunmuş iqtisadi modelə keçmək
İnsafən, ikinci modelə keçid üçün Azərbaycanın infrastrukturu hazırdır. Lakin bunun üçün kadr bazası, maliyyə resursları, qlobal strukturlara inteqrasiya ilə bağlı vəziyyət ümidverici görsənmir.
Lakin görünür yuxarılarda bu barədə düşünməyi tez hesab edirlər. Dünya yeni iqtisadi modelə keçərkən, Azərbaycanın başı faydasız aeroportlar tikməyə, yəni ənənəvi tender korrupsiyalarına qarışıb.