AXCP sədrinin müavini Seymur Həzi
Azərbaycan XİN- Avropa İttifaqının ölkəmizdəki səfirini inzibatı
binasına dəvət edib və Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi
nümayəndəsi Toivo Klaarın bu ilin 14 aprel tarixində Ermənistana
səfəri çərçivəsində özünü “xarici işlər naziri” kimi qələmə verən,
qanunsuz rejimin nümayəndəsi David Babayan ilə görüşməsi ilə bağlı
səfir Yankauskasa etiraz bildirilib. Bu Azərbaycan üçün taleyüklü
məsələdir və Azərbaycan heç vaxt sayıqlığını itirməməlidir.
Kimliyindən asılı olmayaraq separatçı rejimin hansısa nümayəndəsi
ilə görüşmək və ya Azərbaycanın icazəsi olmadan Xankəndinin
mərkəz olduğu qeyri rəsmi “Dağlıq qarabağ” adlanan bölgəyə səfər
etmək qınanmalı lazımı diplomatik və siyasi kanallarla imkanlarla
cavabı verilməli, məhdudlaşdırılmalıdır. Burası aydın. Amma bu
xəbəri oxuyandan sonra bir sıra suallar yaranır.
Rusiyaya nota verilməli deyildimi?
Azərbaycan niyə “İsgəndər M” məsələsində Rusiyanın səfirini dəvət edib, ona rəsmi nota təqdim etmədi? Əlbəttə, cavab verilə bilər ki, hətta dövlət başçıları səviyyəsində bu məsələ müzakirə olunub. Fəqət bu bir qədər incəliyi olan prosedurdur. Diplomatik mərkəzin verdiyi nota (etiraz sənədi) dünyanın bütün siyasi dairələrində diplomatik sənəd kimi qeydə alınır və bu dövlətin rəsmi
mövqeyi kimi qiymətləndirilir, qəbul edilir. Amma Azərbaycan hökuməti bunu etmədi. Etmədiyü üçün də təbii ki, qınanır.
Bu ikili standartdır
Azərbycan hakimiyyəti hətta bəzi hallarda müxalifəti də Qərb
institutların ölkəmizə dair ikili standdartlar tətbiq etdiklərinə görə
qınayırlar. 44 günlük müharibə zamanı bu məsələ xüsusi gündəmə
gəlmişdi. Ancaq biz başqasını hansısa hərəkətlərdə və ya
hərəkətsizlikdə qınayırıqsa, özümüzün belə bir addım atmağımız
demək olar ki, ən yüngül ifadə ilə pis görünür. Azərbaycan
hökumətinin niyə belə ayrıseçklik etdiyini düşünməyə ehtiyac da
yoxdur. Hər şey açıqdır. Hökumət Rusiya ilə bütün siyasi keçmişi
boyu daha ehtiyyatlı olub. Onun bir səbəbi aqressiv qonşunun
ölkəmizə fiziki-coğrafi yaxınlığıdırsa, başqa bir səbəbi siyasi
baxımdan hakimiyyətin Rusiyaya daha yaxın olmasıdır. Bütün
hallarda dövlət öz işini elə görməlidir ki, şəxslərin münasibətləri onun ümumi funksionallığına kölgə salmasın. Əks halda obyektiv etirazlar
da qərəzli görünməyə başlayır. Hazırda isə Azərbaycan məhz bu cür
görünmək lazım deyil. Əgər kiməsə xüsusilə lazımdırsa, bu artıq
başqa mövzudur.