Milli Şuranın sədri, professor Cəmil Həsənli
Üç gün əvvəl Avropa Sabitlik Təşəbbüsünün (EST- European Stability Initiative) rəhbəri Cerald Knaus İlham Əliyevin Avropadakı rüşvət və koorupsiya şəbəkəsinin sxemini çox ətraflı və mükəmməl şəkildə ortaya qoyub. AŞPA üzvlərinin, oradakı vəzifəli şəxslərin, Avropanın ayrı-ayrı ölkələrində parlament üzvlərinin satın alınma mexanizmini açıb. Müsahibədə kiçik bir yanlışlığa yol verilib. 2013-cü il seçkiləri haqqında söhbət gedəndə bu parlament seçkiləri kimi təqdim edilir. Halbuki, həmin seçkilər prezident seçkiləri idi və Əliyevin Avropadakı bütün korrupsiya və rüşvət şəbəkəsi 2013 seçkilərinə müşahidəçi kimi dəvət edilmişdi. Knaus qeyd edir ki, Azərbaycanda siyasi məhbuslar barədə Strasserin məruzəsi əleyhinə AŞPA-da 125 deputat səs verib. İstisnasız olaraq onlar hamısı Əliyevin transmilli korrupsiya şəbəkəsinin üzvləridir və öz ölkələrinin hüquq mühafizə orqanları tərəfindən sorğulanmalıdırlar. Bu qədər ifşadan sonra, bu qədər rəzalətin əşkarlanmasından sonra onlar haqqında hüququ, Azərbaycanın kriminal rejimi haqqında siyasi tədbirlər görülməlidir.
Bir məsələni də vurğulayım. Xarici ölkələrin vəzifəli şəxslərin rüşvət, qiymətli hədiyələr vasitəsi ələ alınması da prezidentlik kimi İlham Əliyevə vərəsəlik yolu ilə atasından keçib. Ötən illər mən Rusiya Dövlət Ən Yeni Tarix arxivində Sovet Komunist Partiyası Mərkəzi Komitəsi və Siyasi Bürosunun fondlarında işlərkən orada Heydər Əliyevin əməllərini ifşa edən ümumi həcmi 400 səhifədən çox olan 4 qovluqla qarşılaşdım. Boris Yeltsin öz xatirələrində yazır ki, mən Əliyev haqqında ifşaedici materiallar toplanmış qovluğu götürüb Qorbaçovun yanına getdim ki, mən bu adamdan iyrənir’m, bunu Siyasi Bürodan rədd etmək lazımdır. Həmin 4 qovluqdan biri məhz Yeltsinin qoltuğuna vurub Qorbaçova təqdim etdiyi qovluqdur. Həmin qovluqdan Heydər Əliyevin Moskvadakı vəzifəli şəxsləri rüşvət və qiymətli “hədiyyələrlə” ələ alması haqqında olan hissəni Sizə təqdim edirəm. Görün necə eyni dəst-xətdir.
İlham Əliyevin çirkin əməlləri barədə Cerald Knausun Frankfurter Allgemeine Zeitung qəzetinə verdiyi müsahibə şərh bölümündə.