Qarabağ məhbusunun üzünə durmadığı üçün həbs edilən Laçın Vəliyevin qarşısında şərt qoyulub: “Ya narkotik ittihamını qəbul edəcəksən, ya da həyat yoldaşınla intim görüntülərin yayılacaq”
Cəbhəçi Qarabağ məhbuslarına şər atmadığı üçün bir neçə gün qabaq şərlənərək həbs edilən AXCP tərəfdarı Laçın Vəliyevin başına gələnlər detallı şəkildə məlum olub.
Hüquq müdafiəçisi Rüfət Səfərovun paylaşdığı məlumata görə, Laçın Vəliyevdən AXCP Rəyasət Heyətinin üzvü Bəxtiyar İmanovun üzünə durmağı istəyiblər, o bunu etmədikdə, narkotiklə şərlənib. Hüquq müdafiəçisinin verdiyi məlumata görə, Laçın Vəliyev qarşısında belə seçim qoyublar: Ya “etirafedici ifadə” verib, narkotik ittihamını üzərinə götürməlidir, ya da həyat yoldaşı ilə intim həyatı, seks görüntüləri yayılacaq. Görüntüləri Laçın Vəliyevin özünə göstəriblər və o, bundan sarsılaraq bayılıb, sonradan “nə istəyirsiniz, gətirin, qol çəkim…” deyib, irəli sürülən qurama ittihamla razılaşıb.
Bəlli olub ki, Laçın Vəliyevin yaşadığı mənzilə gizli kamera yerləşdirilib və ailəsi ilə intim münasibətləri çəkilib.