İlham Hüseyn
“Uşaqpulu mövzusu ilə xalqı aldadıb-alçaldan yaramazların hər birinin cavabını artıqlaması ilə verəcəyik” fikrinin müəllifinin ya psixoloji, yaxud,başqa hər hansı ciddi probleminin olması şübhəsizdir. Yəni insan nə qədər ağlını itirməlidir ki, uşaqpulunun verilməsi kimi bəşəri bir sosial tələbi ifadə edən yüzlərlə tanınmış ekspert və ictimai xadimi,habelə, sadə vətəndaşlaraı “yaramaz” adlandıraraq təhqir etsin. Məsələnin təəccüb doğuran tərəfi isə bu anormal fikirin müəllifinin hər hansı aidiyyatı dövlət qurumunun təmsilçisi deyil, özünü müxalif partiya sədri hesab edən şəxsin olmasıdır.
Əvvala qeyd etmək lazımdır ki,dünyanın bütün aparıcı dövlətlərində uşaqların sağlam böyüməsi, hərtərəfli inkişafı sosial siyasətin aparıcı hədəflərindən hesab edilir. Elə bu məqsədlə də əksər inkişaf etmiş ölkələrdə, həm uşaq doğulan zaman birdəfəlik müavinət, həm də, yetkinlik yaşına qədər aylıq müavimətlər verilir.
Məsələn, inkişaf etmiş Avropa ölkələrindən olan, İrlandiyada 16 yaşadək uşaqlara aylıq 140 avro (280 manat), Böyük Britaniyada 16 yaşa qədər həftəlik 20,7 funt(təqribən 50 AZN) və hər sonrakı uşaqlar üçün bu məbləğə 13,7(təqribən 33 AZN) funt əlavə edilir.
Avstriyada uşaqların yaşından aslı olaraq bu rəqəm 112 avrodan 162 avroyadək variasiya edir. Əgər uşaq müxtəlif səbəblərdən 18 yaşdan sonra təhsilini davam etdirərsə bu halda hətta 24 yaşa qədər də müavinət almaq hüququ əldə edə bilər. Almaniyada isə “uşaqpulu” 18 yaşadək verilir. Bu ölkədə ilk doğulan iki uşaq üçün 190avro(380 AZN), üçüncü və sonrakı doğulan uşaqlar üçün isə 220 avro(440 AZN) həcmində aylıq müavinətlər ödənilir. Qeyd edim ki, bu ölkələrdə, əlbəttə, həm də doğulan uşaq üçün birdəfələik müavinətlər də mövcuddur. Məsələn, Çexiyada bu rəqəm 630 ABŞ dolları(1070 AZN) olduğu halda, aylıq müavinətin həcmi təqribən 150 ABŞ dolları(255 AZN) həcmindədir.
İstərdim müqayisə üçün keçmiş SSRİ adlanan məkanda bizimlə müttəfiqlik edən respublikalardan da bir neçə nümunəyə diqqət edək.
Bəri başdan qeyd edim ki, Azərbaycanda yeni doğulan uşaq üçün nəzərdə tutulan birdəfəlik müavinətin məbləği 200 manat, yəni təqribən 118 ABŞ dolları həcmindədir.Aylıq uşaqpulu isə verilmir.
Başlayaq, təbii sərvətlər baxımdan olduqca kasıb olan Estoniyadan. Bu ölkədə usaq doğulan zaman birdəfəlik müavinət olaraq 320 avro(640 manat), əgər doğuş zamanı üçəm müşahidə edilərsə onda hər üşaq üçün 1000 avro, yəni ailə üçün 3000 avro( təqribən 6000 manat) həcmində vəsait ödənilir. Eyni zamanda bu ölkədə 16 yaşa çatanadək hər uşaq üçün aylıq 60 avro(120 manat) həçmində uşaqpulu deyilən müavinət də ödənilir. Əgər ailədə uşaqların sayı ikidən çox olarsa onda üçüncüdən başlayaraq hər uşaq üçün 100 avro həcmində müavinət ödənişi həyata keçirilir.
Ukraynada uşaq doğularkən nəzərdə tutulan birdəfəlik müavinətin məbləği isə 41 280 qrivendir( təqribən 1500 ABŞ dolları yaxud 2500 AZN ekvivalentində). Bu məbləğin 10320 qrivni dərhal, qalan hissəsi isə 3 il müddətinə aylar üzrə bərabər həcmdə ödənilir. Eyni zamanda bu ölkədə də 18 yaşa qədər uşaqlar üçün sosial statusundan aslı olaraq ailələr üzrə müxtəlif müavinətlər ödənilir.
Belarusiyada isə ilk döğulan uşaq üçün ödənilən birdəfəlik müavinətin həcmi 2628,7 Br.(Belarus rublu) təşkil edir. Bu məbləğ təqribən 1000 ABŞ dolları yaxud 1700 AZN-ə bərabərdir. Əgər ailədə ikinci, üçüncü və daha çox uşaq doğularsa onda hər bir yeni doğulan uşaq üçün bu məbləğ 3680 Br. olacaq, yəni təqribən 1400 ABŞ dolları,yaxud 2380 AZN həcmində dövlət belarus ailəsi üçün ödəniş həyata keçirir.
Bir neçə kəlmə də iqtisadi durumu bizimlə müqayisədə “çox ağır” hesab edilən düşmən Ermənistanın “uşaqpulu” siyasəti haqqında. Əvvala qeyd edim ki, rəsmi statistikanın 2019-cu ilin yekunları haqqında məlumatına görə bu “yoxsul” ölkədə orta aylıq nominal əmək haqqı 380,4 ABŞ dolları olduğu halda bizdə bu rəqəm 373,6 ABŞ dolları səviyyəsində olmuşdur. Ermənistanda ailədə doğulan hər uşaq üçün verilən birdəfəlik müavinətin həcmi isə 2020-ci ilin iyul ayının 1-nə qədər birinci uşaq üçün 50 min dram(104 ABŞ dolları), ikinci uşaq üçün isə 150 min dram(312 ABŞ dolları ) olduğu halda bu tarixdən etibarən yeni doğulan ilk 2 uşaq üçün birdəfəlik müavinətin həcmi 300 min dram(625 ABŞ dollar ), 3-cü və sonrakı uşaqlar üçün isə 1 milyon dram(2080 ABŞ dolları) həcmində müəyyənləşdirilib. Bu isə bizim pulla 1və 2-ci uşaq üçün 1062 AZN, sonrakı hər uçaq üçün isə 3540 AZN təşkil edir. Hələlik bu qədər.
Yeri gəlmişkən, hörmətli Erkin bəy də səhv etmirəmsə belə bir fikir işlədib ki, uşaqpulu verməklə problem çözülməyəcək. Çünki, valideyn vəsaiti xərcəməyə də bilər. Düzü hələ də inana bilmirəm ki, Erkin bəy belə bir fikirə müəlliflik edə. Deyibsə,olduqça, “məntiqli” və gülməlidir.
Elə isə, bəlkə valideynlərin maaşlarını uşaqların hesabına keçirəyin. Axı uşaqlar daha məsum və ədalətlidir. Valideynlər bu pulu da vicdanlı xərcləməyə bilər!
Sonda bir qeydim də var. Yaşları imkan verən bəzi dostlar gərək nankorluq etməyə. Çünki onların uşaq olarkan sağlam qidalanması və böyüməyində Sovet dövrünün o zaman üçün kifayət qədər əhəmiyyətli sayılacaq 20 rubl həcmindəki aylıq uşaqpulunun heç də az rolu olmayıb!