Bəxtiyar Hacıyev
Cəmil Həsənli çox dəyərli insan, dəyərli alimdir. Onun ayağının bildiyini iqtidarda oturan çoxlarının başı birlikdə bilmir. İqtidar o qədər rəzilləşib, o qədər alçalıb ki, Cəmil Həsənlinin qızının intim videolarını çəkir, yayır. İlham Əliyev öz rəqiblərinə, tənqidçilərinə qarşı belə nalayiq, heç bir çərçivəyə sığmayan mübarizə üsulları seçib.
Kiminsə övladının özəl həyatda nə etməsi yox, ölkənin başında duranların onillərlə milyonlarla insanın milyardlarını, haqqını yeməsi, başqalarının faciəsi üzərində özlərinə lüks həyat qurması ən böyük əxlaqsızlıqdır. Ən böyük şərəfsizlik siyasi rəqiblərinə qarşı yengəlik edib, onlara qarşı namərdcəsinə addımlar atmaq, siyasi mübarizəni bu qədər çirkinləşdirməkdir.
İnsanların övladlarının gizli videolarını çəkmək və yaymaq, buna dövlət orqanlarını alət etmək ən böyük mənəviyyatsızlıqdır. Bütün bu addımlar Cəmil Həsənliyə hörməti azaltmır, əksinə, artırır. İlham Əliyev isə belə üsullara əl atmaqla kim olduğunu bir daha xatırladır hamıya. Özünə güvənən lider heç vaxt belə nalayiq, çirkin, alçaq və heç bir sərhəd tanımayan üsullara əl atmaz.