Sabah, fevralın 26-da Bakı Ağır Cinayətlər məhkəməsində AXCP sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi Niyaməddin Əhmədovun işi üzrə hazırlıq iclası keçiriləcək. Hakim Siyavuş Hacıyevin sədrliyi ilə baş tutacaq proses saat 10-a təyin olunub.
Niyaməddin Əhmədov ötən ilin aprelində karantin qaydalarını pozmaqda suçlanaraq bir ay müddətinə inzibati həbs olunub. Daha sonra barəsində Cinayət Məcəlləsinin 214-1 (terroru maliyyələşdirmə) maddəsi ilə cinayət işi başlanaraq haqqında həbs qətimkan tədbiri seçilib. Bir müddət əvvəl Niyaməddin Əhmədova daha iki maddə ilə (CM-nin 233-1.2.1 və 28.281.2 maddələri ilə) ittiham irəli sürülüb…
Niyaməddin Əhmədov ittihamları qəbul etmir. AXCP- dən bu ittihamların saxta və qurama olduğu bildirilib.