Bütün media nümayəndələri yazırdi ki, Eldar Mahmudovun müxtəlif qrupları zərərsizləşdirilmiş kimi görünür; bu təhlükəli qruplaşmanın dövlətə, proseslərə təsir imkanları az da olsa qalmaqdadı; onların məşhur agent-deputatları isə istifadəyə yararsız vəziyyətə salınıb. Lakin, Parlamentin buraxılması indiki deputatlara da dərs olmalıdır. Deputalar bilməlidirlər ki, ölkədə “Şax” Eldar Mahdumov deyil. Özüdə Azərbaycan xanlıq deyil, prezident respublikasıdır. Deputatlar bilməlidirlər ki, xaricdə mülk almaq olmaz, biznes işlətmək olmaz, xanımları isə xaricdə “sauna” işlətməməlidirlər. Deputatlar bilməlidirlər ki, katibəyə qeneral rütbəsini vermək olmaz… Son illər ölkədə Parlament yox idi, sadəcə Mahmudovun MTN-nin balaca bir şöbəsi idi. Vəzifələr pulnan satılırdı və alınırdı. Eldar Mahmudovun hər bir deputat barədə dosyesi var idi. Mahmudovun aqentləri ona daim məruzə edirdilər, hansı deputat nə ilə məşğuldur. Mahdudovun tapşırığı ilə deputat otaqlarında xüsusi qulaq asma qurğuları quraşdırılırdı. Eldar Mahmudovun qızı atasını böyük Şax obrazında görürdü, lakin o qızıdır, onu anlamaq olar. “Özünü buraxmış” Məclisin rəhbərliyini isə anlamaq mümkün deyil. Eldar Mahmudovu Şax obrazında görürdülər.
İllər ötür, vaxtilə hakimiyyət daxilində olmuş, hazırda revanşçı qruplar kimi fəaliyyətdə olduğu deyilən dəstələrin sıraları daha aydın şəkil alır. Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun ətrafına toplanan, ona “stavka” edənlər bu gün çoxluqdadır. Mahmudovun personasına diqqəti artıran və əsas birləşdirici məqama çevrilən 2015-ci ildən sonra onun qəribə bir şəkildə toxunulmaz şəxsə çevrilməsidir. Sabiq nazirin kompromat baqajına bel bağlayıb yola çıxanlar sırasında sabiq spiker də var idi. Düzdür, Oqtay Əsədov işdən çıxarılandan sonra və vəzifənin verdiyi imkanlardan kənar elə də ciddi bir fiqur deyil. Amma E.Mahmudovun yanında olması maraqlı bir gedişatdan xəbər verir. Bu gün “sprut”un başı əzilmiş vəziyyətdədir, amma kəsilməyib, ətraflarını pis-yaxşı idarə etmək qabiliyyətini də saxlayır. Heç kimə sirr deyildi ki, Mahmudov vəzifədə olarkən alternativ idarəçilik, gizli iqtidar komandası yaratmışdı. Sahibə Qafarova bu məqamları nəzərdə saxlamalıdır.
Eldar Mahmudovun özünün hakimiyyət içərisində nazir, nazir müavinləri, komitə rəhbərləri və müavinləri, iş adamları, məhkəmə sədrləri və hakimlər, prokurorlar və müstəntiqlər, idarə və şöbə müdirləri, rəislər, deputatlar, partiya sədrləri, qəzet, sayt redaktorları, jurnalistlər və QHT rəhbərləri, hətta müğənni və artistlərdən və Erqenekon komutanlardan ibarət çox böyük bir komandası vardı. Əsədov Mahmudovun bu projesində Parlamenti kurasiya edən aqent idi. Parlament Mahmudovun qalasına çevrilmişdi. Bunu heç gizlətmirdilər də. Parlament vasitəsilə hakimiyyəti ələ keçirmək istəyirdirlər.
Məsələn, 2015-ci ilin fevralında, daha dəqiqi, fevralın 9-da Eldar Mahmudovla Oqtay Əsədov Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yaradılmasının 95 illiyi ilə bağlı təbrikə imza atmışdılar. Həmin təbrik məktublarının surətləri KİV-lərdə qoşa verilirdi. Hər kəsə nazirlə spikerin sıx əlaqəsi haqda bu şəkildə mesajlar ötürülürdü. İlk baxışdan belə xırda nüanslar Mahmudovla Əsədov vəzifədə olanda ara-sıra gözə dəyirdi. İndi isə hər iki eks-məmurun yerində sakit oturduğu görünür. Görüntü belədir. Lakin istənilən müqaviməti təşkil edə biləcək gücdədirlər. Sabotajçı dəstələrini bir çırtma ilə hərəkətə gətirə bilərlər. İddialara görə, o qədər də uzaq olmayan paytaxtlarla bağlantıları da qalır. Oqtay Əsədovun Rusiyanın paytaxtında, Türkiyədə, Avropada qurduğu çox milyonluq biznes və daşınmaz əmlakları ilə bağlı sensasion məlumatlar illərdir ki, mətbuat səhifələrində dövr edir. Bütün bunlar Oqtay Əsədov Azərbaycan dövlətində statusuna görə 4-cü şəxs olduğu günlərdə üzə çıxmışdı. Başqa ölkənin paytaxtında dəyəri 10 milyonlarla ölçülən obyektləri spiker ailəsinin hansı pulla və niyə aldığı, öz obyektində biabırçılıqların baş verməsinə nədən imkan yaratmaları da sual doğururdu. Deputatlara bu dərs olmalıdır.
“Özünü buraxmış” keçmiş spikerin nazirlə ikilikdə söhbətinin saatlarla davam etməsi də diqqətdən yayınmamışdı. Oqtay Əsədov Eldar Mahmudovun “osvedomitel” rolunu bacarıqla yerinə yetirirdi. Əməliyyat işində belələrinə böyük ehtiyac var. Hər yerdə belə “qulaq”ların varlığı geniş şəbəkə qurmağa, həmin şəbəkə üzərindən işlər çevirməyə, ən müxtəlif təbəqələrin üzvlərinə tələlər düzəltməyə əlverişli şərait yaradır. Oqtay Əsədov da Eldar Mahmudova məlumatlar ötürürdü. Çox ciddi planları da var idi. Eldar Mahmudov hakimiyyəti devirməli, Oqtay Əsədovun rəhbərliyi altında yeni hakimiyyətin legitimliyi təsdiq olunmalı idi… Eldar Mahmudov içkili olanda bu tandemin bütün sirrləri açdı. Eldar Mahmudov hakimiyyətə gəlsəydi, “Azərsu” rəhbərini həbs etməli idi. Eyni zamanda, Rövnəq Abdullayev haqda ciddi kompromat axtarışı gedirdi. Bu planının varlığı Mahmudovun ağına-bozuna baxmadan hər kəsdən pul qoparmaqda, qudası Cahangir Hacıyev vasitəsi ilə yarıdan çoxu dövlətə məxsus bankı “xortumlamaq” həvəsini də artırmışdı. Xalqın bankını boşaldıb. Gözlədikləri baş verəndən sonra həmin astronomik məbləğlər hesabına ayaqda qalmağı planlayırdılar.
Eldar Mahmudovun dedikləri Oqtay Əsədov üçün qanun idi. Milli Məclisin Aparatı “mtnşik”lərlə, onların qohum-qardaşları ilə doldurulmuşdu. Əlbəttə, belə təyinatlar zamanı səriştə arxa planda olurdu. Məsələn, Eldar Mahmudovun “vuran əli” hesab olunan MTN generalı Akif Çovdarovun oğlu da Milli Məclis Aparatında yuxarı başda qərarlaşmışdı. Ailə-klan mənsubiyyətinə görə Milli Məclis Aparatına ayaq açanlar oradakı peşəkar kadrlara işləməyə imkan vermirdi. Bu tandem hakimiyyətə gələcəyi təqdirdə, oliqarxiya revanş edəcəkdir. Lakin, hazırda hakimiyyətdən kənar qalan Mahmudov və onun aqentlərin tam zərərləşdirmə prosesi davam etdirilir. Keçmiş spikerin qardaşının həbs məsələsi gündəmdədir.
Düzdür, bu iki eks-məmurun gizli-aşkar agentlərindən bəziləri indi deputat deyillər. Məşhur agent-deputat parlament buraxılandan sonra istifadə müddəti bitmiş məhsul kimi kənara atılıb. Lakin, Prezident arxasınca danışır, narazılıq bildirir. O tək deyil, belələri siyasətdə yetəri qədərdi. Lakin dövlət bu cür agentura tullantılarının Milli Məclisə düşməsini, siyasətdə böyük təsir imkanlarına sahiblənmələrini əngəlləyir. Əsas odur ki, indiki deputatlar bunu bilsin. Baxın, qoy sizə dərs olsun. Dövlətin maraqlarını satmaq olmaz.