Onların həbsi ev dustaqlığıyla əvəzlənib
Azərbaycan Ordusuna dəstək aksiyasından sonra cinayət məsuliyyətinə alınmış şəxslər ev dustaqlığına buraxılıb. Bu barədə vəkil Aqil Layıc Facebook hesabında paylaşım edib.
“Bu il iyulun Milli Məclis işinə görə barələrində həbs qətimkan tədbiri seçilən Nağıyev Ramid Zəkrulla oğlu, Mirzəyev Gündüz Vaqif oğlu, Əliyev İlkin Pirəli oğlu, Məmmədov Elçin Əlisəfa oğlu, Mövlayev Dəyanət Kərəm oğlu, Mustafayev Səyavuş Firudin oğlu, Məmişov Taleh Seyidxan oğlu, Məmmədov İsmayıl İltifat oğlu, Cabbarov Elnur Yusif oğlu, Abadov Fərid Mətləb oğlu, Vahabov Müşviq Fazil oğlu, Mustafayev Səbuhi Yusif oğlu, Məmmədov Azər Vaqif oğlu, Babayev Ramiz Həmzə oğlu, Çobanov Pərvin Nadir oğlu azadlığa çıxıb.
Beləliklə, 15 nəfər olmaqla azadlığa buraxıldı, yəni həbs qətimkan tədbiri ev dustaqlığına dəyişdirildi!”.
Azadliq.info