Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli
Əlbəttə, qazanmışıq! Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər və Laçın (koridor istisna olmaqla) azad olub. Ən böyük uğurumuz isə Yuxarı Qarabağa aid Şuşamızı və Hadrut rayonunu işğaldan azad etməyimizdir.
Ən böyük uğursuzluğumuz Rusiya sülhməramlıları adı altında Qarabağa faktiki Rusiya bazasının yerləşməsi, bununla da Azərbaycanın suverenliyinin məhdudlaşdırılmasıdır.
Qələbəmiz tamdırmı?!
Təbii ki, tam deyil, yarımçıqdır. Çünki vaxtilə Yuxarı Qarabağa aid olan 4,4 min kv.km. ərazidən yalnız 0,7 min kv.km. azad etmişik. 5 rayondan yalnız biri-Hadrut və Şuşa şəhəri işğaldan qurtulub.
Azərbaycanın ərazi bütövlüyü yalnız Xankəndi, Xocalı, Xocavənd, Ağdərə üzərində Azərbaycan Bayrağı dalğalananda bərpa olunacaq!
Normal ölkə qurmaqla, ölkəmizi dünyaya açmaqla, demokratiyanı, insan hüquqlarını, qanunun aliliyini üstün dəyərə çevirməklə, siyasi, hüquqi, sosial, iqtisadi islahatlar həyata keçitməklə ona da nail olacağıq, inşallah!
Şəhidlərimizin müqəddəs ruhu qarşısında baş əyirik!