
Azərbaycanda son bir gün ərzində 4426 nəfər koronavirusa yoluxub, 1995 nəfər sağalıb, 41 nəfər isə vəfat edib. Bu barədə dekabrın 1-də Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
İndiyədək ölkədə ümumilikdə 125 602 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 76 897 nəfər müalicə olunaraq sağalıb, 1 433 nəfər vəfat edib, aktiv xəstə sayı 47 272 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 621 ötən müddət ərzində isə ümumilikdə 1 746 198 test aparılıb.
Contact.az