Son zamanlar Qarabağ konflikti ilə bağlı ən məmnun qaldığım siyasi dəyərləndirmədir. Və ən obyektiv, prosesin mahiyyətinə nüfuz edən siyasi təhlildir.
ABŞ ordusunun Avropadakı keçmiş komandanı general Ben Hodges Brüsseldə yerləşən Euobserver saytında çox maraqlı yazı ilə çıxış edib (link rəydə).
General məqaləni Qarabağa Rusiya sülhməramlılarının daxil olması və bununla bağlı yaranmış vəziyyətə həsr edib.
Yazının qısa xülasəsi:
- Rusiyanın regionda xüsusi fəallıq etdiyi bu dövrdə Türkiyə və Azərbaycana ABŞ və NATO ciddi dəstək verməlidir.
- Rusiyanın bölgədəki siyasi aktivliyi Qərbin, xüsusilə də ABŞ-ın fəaliyyətsizliyindən törəyib.
- Qərbin bölgədə ən böyük dayağı Türkiyədir və NATO, ABŞ, AB aktiv şəkildə Türkiyəyə dəstək verməlidir.
- Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində etibarlı həllini tapa bilər.
- Azərbaycanda Dağlıq Qarabağdan kənarda da bu ölkəni vətəni hesab edən 30 min erməni yaşayır və bu fakt Qarabağdakı ermənilərin gələcəyilə bağlı ən böyük təminatdır.
Dostlar, Makron kimi məsuliyyətsiz bir siyasətçinin nə deməsi, Fransa senatorlarının axmaq qərarı bizi Qərbdən küsdürməməlidir.
Unutmayaq ki, ən böyük dayağımız olan Türkiyəmiz həm də arxasını NATO-ya, Qərbə söykədiyi üçün Rusiya kimi bir yırtıcının qarşısında bizə dəstək verə, haqqımızı qoruya bilir.