Azərbaycan Ordusu qalibdir, siyasi qələbə isə yoxdur

Qənimət Zahid

Müharibə qurtardı. Nəticələrlə bağlı fərqli fikirlər var, propoqanda elementlərini daxil etsək, çox fərqli fikirlər var. Amma nəticə sadəcə olaraq hərbi əməliyyatların dayandırılması anına qədər əldə edilən və və ya o biri tərəfdən itirilən ərazilərdən ibarət deyil. İnsanların, ərazilərin taleyi ilə bağlı mübahsiələr var.
Optimist və pessimist mülahizələr olmaqla onları iki yerə bölmək olar.
Optimist mülahizələr :

  1. İşğal edilmiş əraziləri aldıq, qalanları da dekabrın 1-nə qədər boşaldırlar.
  2. Rus sülhməramlıları uzun müddətli deyil, vəziyyət sabitləşəndən sonra çıxıb gedəcəklər.
  3. Azərbaycan xalqı qalibdir: Ordumuz qalib ordudur və bundan sonrakı siyasi mərhələdə də ritorikalarımızı bu mövqedən müəyyən edə biləcəyik.
  4. Türkiyə yanımızdadır, Türk ordusu da prosesin bundan sonrakı mərhələsində olacağına görə mövqeyimiz güclü olacaq.
  5. Dağlıq Qarabağda yaşayan ermənilərin idarə edilməsi (və ya özünü idarə mexanizmləri) Azərbaycan dövlətinin suveren hüquqlarının və imtiyazlarının daxilində müəyyən ediləcək.
    (Başqa mülahizələr də varsa əlavə edə bilərisz).
    Pessimist mülahizələr :
  6. Azərbaycanın ərazi bütövlüyü təmin edilmədi.
  7. Rus sülhməramlıları ölkəmizi tərk etməyəcəklər, onların burda varlığı özlərinin istədiyi və ya bacardıqları müddətə qədər davam edəcək.
  8. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanımadı, bu o deməkdir ki, yeni savaş ehtimalı aktual olaraq qalır.
  9. Türkiyə siyasi baxımdan yanımızdadır, hərbi baxımdan prosesin daxilində deyil. Ruslar «sülhyaratma» missiyasını təkbaşına davam edirlər və edəcəklər.
  10. Dağlıq Qarabağın statusu həll edilməyib və bu bölgəni Azərbaycanın tərkib hissəsi kimi tanıtmaq imkanlarımız azdır və ya hətta yoxdur.
    (Başqa arqumentləri olanlar əlavə edərlər).
    Bunlar optimist və pessimist mülahizələrdir, real vəziyyət bu mülahizələrin mexaniki ortası deyil. Real vəziyyəti dəyərləndirmək isə hər gün gərəkdir. Yaxın 1-2 ay ərzində çoxlu detallar üzə çıxacaq və gerçək situasiyanın nədən ibarət olduğunu biləcəyik.
    Bir mühüm nəticə isə ortalıqdadır : Ordu qalibdir, siyasi qələbə isə hələ yoxdur.