Noyabrın 13-də Ankarada Türkiyə və Rusiya tərəfləri Dağlıq Qarabağda atəşkəs sonrası görüləcək tədbirləri müzakirə ediblər.
CNN Türkün Türkiyə Milli Müdafiə Nazirliyinə istinadən veridiy xəbərdə deyilir ki, müzakirələrin bugünkü texniki hissəsi başa çatıb.
Danışıqların noyabrın 14-də davam etdiriləcəyi bildirilir.
Türkiyənin Akşam qəzetinin verdiiyi xəbərdə deyilir ki, Rusiyanın 20 nəfərdən ibarət nümayəndə heyəti Ankarada Türkiyə tərəfi ilə danışıqlar aparıb.
TRT xəbər verir ki, Rusiya nümayəndə heyəti habelə Türkiyə Xarici İşlər Nazirliyində danışıqlarda olub