Türkiyənin milli müdafiə naziri Hulusi AkarDağlıq Qarabağda sülh missiyasının müzakirə olunması üçün Rusiyadan böyük bir nümayəndə heyətinin Ankaraya gələcəyini deyib.
Sabah qəzetinin yazdığına görə hərbi büdcənin müzakirəsindən sonra jurnalistlərin suallarına cavab verən Türkiyə naziri deyib ki, bu görüş zamanı Dağlıq Qarabağda sülh missiyasının taktiki və texniki məsələləri, “kimin harda duracağı” məsələsi müzakirə olunacaq.
Hulusi Akar deyib ki, Türkiyənin bu münaqişənin çözümündəki məqəsdi “atəşkəsin davamlığı, iştirakın davam etməsi, sərhədlərin açılması və əhalinin rifahının yüksəldilməsidir”.
Türkiyənin bu münaqişədəki yeri barədə sualın cavabında nazir bildirib ki, Ankara “həm masa arxasında, həm də torpaq üstündə bu məsələnin tam içindədir”.