AXCP sədri Əli Kərimli noyabrın 10-u Qarabağ müharibəsinin dayandığı haqda Azərbaycanın dövlət başçısı İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında razılaşdırılan birgə bəyanata münasibət bildirib. Ə.Kərimli hesab edir ki, Rusiya ordusunun “sülhməramlı” adı ilə olsa da, ölkəmizə qayıdışı milli maraqlarımıza ziddir. AXCP sədrinin video müraciətini diqqətinizə çatdırırıq.