Xankəndi yaxınlığında yerləşən silah-sursat anbarından yük avtomobillərinə yüklənən döyüş sursatlarının partlaması güclü yanğına səbəb olub. Alov tez bir zamanda anbara keçib və nəticədə güclü partlayış baş verib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi noyabrın 6-da məlumat verib.
“Sursat anbarı Ağdərədə yerləşən düşmənin 10-cu dağ-atıcı diviziyası və 5-ci dağ-atıcı alayının artilleriya və digər bölmələrini silah və döyüş sursatları ilə təmin edirdi”, – məlumatda deyilir.
Müdafiə Nazirliyi həmçinin bəyan edib ki, “guya Azərbaycan Silahlı Qüvvələrinin Xankəndidə mülki obyektləri atəşə tutması barədə erməni KİV-in məlumatı məqsədyönlü dezinformasiyadır”.
Mənbənin məlumatına görə, cəbhənin Qubadlı-Laçın istiqamətində düşmən Azərbaycan SQ-nin atəş zərbələrinə davam gətirməyərək mövqelərini tərk edib. Ermənistandan gətirilən 556-cı və 522-ci motoatıcı alayların bölmələri onlara tapşırılan sərhədlərə çıxmayıblar.
Contact.az