Düşmənin daha bir neçə hərbi texnikası məhv edildi
Azərbaycan Ordusu bölmələrinin dəqiq zərbələri nəticəsində cəbhənin müxtəlif istiqamətlərdə Ermənistan silahlı qüvvələrinə məxsus daha bir neçə hərbi texnika məhv edilib.
Müdafiə Nazirliyi xəbər verir ki, təqdim olunan videoda düşmənə məxsus hərbi texnikaların məhv edilmə anları əks olunub.
***
Ağdərə istiqamətində düşmənə zərbələr endirilib
Yaşayış məntəqələrimizi atəşə tutan Ermənistan silahlı qüvvələrinin Ağdərə istiqamətində yerləşən artilleriya bölmələrinə zərbələr endirilib.
Bu haqda Müdafiə Nazirliyi məlumat yayıb.
Artilleriyaçılarımızın sərrast atəşi nəticəsində ağır itkilərə məruz qalan düşmən bölmələri yerləşdiyi atəş mövqelərindən geri çəkilməyə məcbur edilib. Qeyd edək ki, həmin artilleriya bölmələri Ermənistan ordusunun 5-ci dağatıcı alayının tərkibindədir.
***
Bu günə olan son yenilənən məlumatları məqalənin əvvəlində oxuya bilərsiniz:
Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda ordumuzun apardığı əks-hücum əməliyyatları davam edir.
Bu haqda Müdafiə Nazirliyi növbəti açıqlamanı yayıb.
Ordumuzun şəxsi heyətinin döyüş əzmi və mənəvi-psixoloji durumu yüksəkdir, gərgin döyüşlərdə iştirak edən hərbi qulluqçularımız şücaətlə döyüşür.
Sentyabrın 27-si və bu gün Azərbaycan Ordusunun apardığı döyüşlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində Ermənistan qoşunlarının çoxlu sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikaları məhv edilib.
Təqdim edilən videoda bir az əvvəl iki ədəd düşmən tankının məhv edilməsi anı əks olunub.
***
Həmsədrlər atəşkəsə çağırırlar
ATƏT-in Minsk qrupunun həmsədrləri – Rusiya Federasiyasından İqor Popov, Fransadan Stephane Visconti və amerikalı Andrew Schofer Azərbaycan və Ermənistan arasıda Təmas Xətti boyunca baş verən toqquşmalarla bağlı bəyanat verib:
“Həmsədrlər Dağlıq Qarabağ münaqişə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlardan narahatdırlar. Biz gücdən istifadə olunmasını və mülkilər də daxil mənasız insan itkilərindən təəsüf bildiririk. Həmsədrlər tərəfləri hərbi əməliyyatların dərhal dayandırılmasına və münaqişənin çözülməsi üçün danışıqların bərpasına çağrırılar”.
Həmsədrlər tərəfləri vəziyyətin stabilləşdirilməsi üçün bütün lazımi tədbirləri görməyə çağırırlar.
Həmsədrlər bildirirlər ki, münaqişənin danışıqlar vasitəsilə əldə olunacaq sülhdən başqa alternativi yoxdur.
***
Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının təlim-tədris hissəsinin sabiq rəisi və akademiyanın sabiq rəis müavini, ASQ-nin ehtiyatda olan polkovniki Şair Ramaldanov dövlət başçısının 28 sentyabrda qismən səfərbərlik haqda sərəncamını şərh edib.
Ş.Ramaldanov bidiririb ki, sərəncamda yer alan “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti təsdiq edilmiş planlara uyğun olaraq hərbi vəzifəlilərin səfərbərlik üzrə hərbi xidmətə çağırılmasını və hərbi-nəqliyyat vəzifəsindən irəli gələn tədbirlərin həyata keçirilməsi” ifadəsi məlum quruma aiddir:
“Əvvəllər bu xidmət Müdafiə Nazirliyinə tabeydi. İndi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti müstəqil qurum olduğundan daxili normativ aktları var, güman ki, sərəncamın birinci bəndi həmin aktların həyata keçirilməsini özündə ehtiva edir”.
Hərbi jurnalist Üzeyr Cəfərov “qismən səfərbərlik özündə nələri ehtiva edir” sualına belə cavab verib:
“Bu sərəncamdan sonra Müdafiə Nazirliyi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə tapşırıq verəcək ki, 100 tankçı lazımdır, 100 rabitəçi, 100 tibb işçisi lazımdır. Bundan sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ehtiyatda olanları seçib nazirliyə göndərəcək”.
Meydan tv
***
Tərtərdə məhkəmə binası vuruldu
Tərtər rayonunda məhkəmənin inzibati binası vurulub. Binaya ciddi ziyan dəyib.
Tərtərdə təcili tibbi yardım maşını vuruldu
Tərtər rayonunda təcili tibbi yardım avtomobili vurulub.
Avtomobilin sürücüsü, 1968-ci il təvəllüdlü Əsədov Qənbər Əsgər oğlu ağır yaralanıb.
Təcili tibbi yardım maşını rayonun “Bazar” deyilən ərazisinə atılan atəş nəticəsində vurulub. Daha sonra sürücü maşını irəliyə sürmək istəyən zaman ağaca çırpılıb.
Qafqazinfo
***
“Düşmənin itkiləri arasında Suriya və Yaxın Şərqdən muzdlular da var”
“Düşmənin itkiləri arasında Suriya və Yaxın Şərqin müxtəlif ölkələrindən olan erməni əsilli muzdlular da var”.
Bunu Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.
O bildirib ki, həmin şəxslər Ermənistanda rəsmi qeydiyyata alınmadığı üçün düşmən bu itkiləri asanlıqla gizlədir:
“Əvvəlki döyüşlərdə olduğu kimi bu dəfə də Ermənistanın hərbi-siyasi rəhbərliyi hərbi məlumatların yayılmasına tətbiq edilən qadağanı əsas gətirərək döyüş itkilərini ictimaiyyətindən gizlədir.
Qeyd edək ki, itkilərin sayının çox olması səbəbindən bir müddət sonra düşmən bu itkiləri müxtəlif şəraitdə baş vermiş hadisə kimi göstərərək etiraf etmək məcburiyyətində qalacaq”.
***
Tramp: “Hərbi əməliyyatları dayandırmağa çalışacağıq“
ABŞ Prezidenti Donald Tramp sentyabrın 27-də deyib ki, Birləşmiş Ştatlar Ermənistanla Azərbaycan arasındakı hərbi əməliyyatları dayandırmağa çalışacaq.
“Prosesi çox diqqətlə izləyirik. Regionda çox yaxşı münasibətlərimiz var. Görək bunu dayandıra biləcəyikmi”, – Tramp bazar günü axşam mətbuat üçün brifinqdə deyib.
***
Qismən səfərbərlik elan olundu
Prezident İlham Əliyev Azərbaycanda qismən səfərbərlik elan edilməsi haqqında sərəncam imzalayıb.
Məlumatı prezident.az yayıb.
“1. Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilsin.
- Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti təsdiq edilmiş planlara uyğun olaraq hərbi vəzifəlilərin səfərbərlik üzrə hərbi xidmətə çağırılmasını və hərbi-nəqliyyat vəzifəsindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etsin.
- Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
- Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir”.
***
16 erməni hərbçi öldürüldü
Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış “Dağlıq Qarabağ Respublikası”nın Müdafiə Nazirliyi sentyabrın 27-də olan döyüşlərin nəticəsini açıqlayıb. Qurum döyüş zamanı 16 erməni hərbçisinin öldürüldüyünü deyib və onların adlarını yayıb.
“Sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri beynəlxalq humanitar hüququ kobud şəkildə pozaraq Artsaxda (Qarabağ) təmas xətti boyunca raket, top və aviasiya istifadə edərək genişmiqyaslı hücuma başladı. Artsax Müdafiə Ordusunun mövqelərinə və Stepanakert (Xankəndi) də daxil olmaqla dinc yaşayış məntəqələrinə zərbə endirdi”, – məlumatda qeyd olunub.
***
Bölmələrimizin düşmənin məhv edilməsi və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda keçirdiyi döyüş əməliyyatı davam edir.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.