Cümə günü Bakı Apellyasiya Məhkəməsi Xalq Cəbhəsi Partiyasının fəalı Seymur Əhmədovun ev dustaqlığına keçirilməsi barədə şikayəti təmin etməyib. Bu barədə vəkil Elçin Sadıqov bildirib.
S.Əhmədov iyulun 15-də Qarabağ nümayişi ilə əlaqədar həbs edilib. Məhkəmədə o, bildirib ki, hüquqazidd hərəkətlərə yol verməyib və AXCP-yə üzv olması səbəbindən siyasi sifarişlə həbs edilib.
Lakin Apellyasiya Məhkəməsi S.Əhmədovun ev dustaqlığına keçirilməsindən imtina edilməsi barədə Nəsimi Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.
S.Əhmədova qarşı CM-in 186.2.1 (zərərəkənin əmlakının zədələnməsi və ya məhv edilməsi), 233-cü (ictimai asayişin pozulması), 315-ci (polisə müqavimət göstərilməsi) və 127.2.1-ci (polis əməkdaşının sağlamlığına zərər vurulması) maddələri ilə ittiham irəli sürülüb.
Bu iş üzrə AXCP-nin daha 17 üzvü cəlb edilib. Onlar hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınıblar.
Contact.az