Milli Şuranın sədri Cəmil Həsənli
Malta kimi Israili də batırırlar. Öz korrupsiyaları ilə Maltada Muskatı baş nazir postu ilə vidalaşmağa vadar etdilər. Amma iş bununla da qurtarmır, hələ jurnalist Daphne Galizianın qətlinin məhkəmə araşdırması gedir. Azərbaycanın çirkli pulları Aralıq dənizinin bu əsrarəngiz adasını korrupsiya bataqlığına çevirmişmiş. İndi də İsraildə natəmiz əməlləri açılır.
Dünən ölkənin ən nüfuzlu qəzeti olan “Times of İsrael” də qoşuldu Əliyev rejimin bu ölkədəki korrupsiya əməllərinin ifşasına. Qəzet Azərbaycanın “oğru elitasının” İsraillə 155 milyon dollarlıq hərbi xarakterli fırıldağından yazıb. Amma bu hələ hamısı deyil, yalnız aşkar olanıdır. Ən dəhşətlisi odur ki, Azərbaycan dövləti ilə İsrail Dövlət Aerokosmik Sənaye Kompaniyası arasında imzalanmış 1,6 milyard dollar həcmində saziş çərçivəsində bu boyda “otkatı” İsrailin dövlətə məxsus Aerokosmik Sənaye Kompaniyası ödəyib.
Necə olub ki, Azərbaycan müxalifətinin kibercinayətkarlıq yolu ilə əldə edilmiş Zoom toplantılarından geniş yazı verən “Jeruselim Post”, müxalifətin Ramiz Mehdiyevlə “birləşərək” islahatlara mane olmasının ən kiçik “detallarını” belə təsvir edən “Washington Times” kimi qəzetin, hər iki qəzetdə Əliyev rejimi haqqında tərifli yazılar yazan “təhlilçi” jurnalist Paul Millerin hər iki dövlətin içində olduğu bu boyda korrupsia əməlindən xəbəri yoxdur?
Korrupsiya və “otkat” bir tərəfli cinayət əməli deyil. İsrail Dövlət Aerokosmik Sənaye Kompaniyası silah müamiləsindən Azərbaycanın dövlət “kişilərinə” 155 milyon dollar “otkat” veribsə, deməli bir o qədər də özləri götürüb. “Kişi” deyillər? Əks təqdirdə bu böyda cinayətə nəyin xatirinə getməlidirlər? Amma hər iki tərəf Azərbaycana məxsus, onun işğal altında olan VƏTƏNİNİN müdafiə xərclərini bölüşdürüblər. Əks təqdirdə İsralin dövlət şirkəti niyə bu cinayətə getməlidir?
“Deutsche Bank”ın sənədlərindən aydın olur ki, İsral Dövlət Aerokosmik Sənaye Kompaniyası Azərbaycan tərəfinə qaytardığı bu 155 milyon dollar “otkatı” hansı fırıldaq yollarlala sənədləşdirib? Guya Helikopter (Vertolyot) pərləri almaq üçün Azərbaycan tərəfindən “otkat” əməliyyatında iştirak edən Jetfield şirkətinə 8 milyon dollar ödəyib. Qalan 147 milyon dollar da belə saxta sənədlər əsasında Azərbaycan tərəfinə qaytarılıb.
155 milyonluq “otkat” əməliyyatının coğrafiyası çox genişdur.
Azərbaycanın müdafiə və hərbi sənaye pulları Yeni Zelandiya, Marşal adalarından belə firlanıb, tək dəbdəbəli mülklər və qiymətli zinyət əşyaları alınmasına, ofşor hesablara yatrılmağa deyil, həm də Qərb dünyasında siyasətçilərin, parlament üzvlərinin, mətbuatın satın alınmasına xərclənib. Kim bilir, bəlkə elə son illər Əliyevin korrupsiya rejiminin təbliğat ruporuna çevrilən “Jeruselim Post”, “Washington Times” kimi mətbuat orqanları da İsrail Dövlət Aerokosmik Sənaye Kompaniyası ilə Azərbaycan dövləti arasında olan “otkat” əməliyyatının “bərəkətindən” bül-bül kimi ötürlər.