Milli Şuranın sədri Cəmil Həsənli
Deməli, dünən Beynəlxalq Tədqiqat Layihəsi üzrə 163 ölkənin Social Progress Indexi açıqlanıb. Dünyanın ən zəngin neft ölkələrindən biri sayılan Azərbaycan bu siyahıda 104-cü yerdədir. Görünür xəbərləri olmayıb yoxsa burada da yuxarı mərtəbə alardılar. Bildiyiniz kimi bu il növbədən kənar saxta seçkilərdən sonra formalaşan məclisi açanda İlham Əliyevə çıxış edərək demişdi ki, “Azərbaycan sosial dövlətdir və bizim atdığımız bütün addımlar bunu təsdiqləyir”. Sisial inkişaf haqqında dünən açıqlanan Beynəlxalq Reytinq İndexi bu yalanı da ifşa etdi.
Qeyd edilən Sosial İnkişaf İndeksini professor Michael E. Porter başda olmaqla Harvard Biznes Məktəbinin mütəxəssisləri hazırlayır. Onlar 50 göstəricini 3 qrup üzrə ümumiləşdirirlər: 1. İnsanın əsas ehtiyacları – bura qida və su təminatı, tibbi yardımlar, evlə təmin olunma, elektrik və sanitar xidmətlər, insanın şəxsi təhlükəsizliyi; 2. İnsanın əsas rifahı- buraya əhalinin savadlılıq səviyyəsi və baza bilikləri, informasiya və kommunikasiya vasitələrinə çıxışı, səhiyyənin səviyyəsi, ekaloji dözümlülük; 3.İnsanın inkişaf imkanları – buraya şəxsi və vətəndaş azadlıqlarının səviyyəsi, qərar qəbul edilməsində insanın hüquq və imkanlarını təmin edilməsi və öz potensialını realizə etməsi.
Reytinq cədvəli 100 ballıq sistem üzrə hazırlanıb və bu indeksdə İlham Əliyev təbliğatının “acından ölən” ölkə kimi Azərbaycan xalqına təqdim etdiyi Ermənistan 50-ci yerdə, Azərbaycanın neft və qaz kəmərlərinin keçdiyi gürcüstan 56-cı yerdə, bu kəmərləəri neft və qazla dolduran Azərbaycan 104-cü yerdə. Yəni “acından ölən”, İlham Əliyevin təbirincə “məhkəmələrin bir əldə cəmləşdiyi”, “siyasi həbslərin” keçirildiyi, humanitar fondlara yığılan vəsaitlərin mənimsənildiyi Ermənistan nə az, nə çox Azərbaycandan iki dəfədən artıq öndədir.
Bu hələ işin bir tərəfidir. Məsələnin digər tərəfi ondadır ki, Azərbaycan bu siyaıda Nikaraqua ilə qonşudur və dünyanın yalnız bu iki ölkəsində prezidentlərin həyat yoldaşları (birinci) vitse-prezidendir: birində təyinatla, digərində seçki ilə. Əlavə olaraq bu reytinq cədvəlində İlham Əliyevin “çiçəkləndirdiyi” Azərbaycan Kabo-Verde, Cənubi Afrika, Botsvan, Namibiya, Qayana, Qana kimi Afrika ölkəsindən də geridədir. İndi bildiniz də biz necə “sosial” dövlətik?