Milli Şuranın sədri Cəmil Həsənli
Dəfələrlə YAP başbilənlərinə demişəm ki, yüksək materiya kimi əxlaqdan-zaddan danışmayın. Bunlar əxlaqdan danışan kimi əxlaqsız əməlləri ortaya çıxır. FB-nin keçmiş əməkdaşı Sophie Zhang saxta profillərdən müxalifətə kütləvi hücumlar təşkil etdiklərinə görə bunları rüsvay etdi. The New York Times-ın jurnalisti Sheera Frenkel bir neçə gün əvvəl Sophie Zhangın bu açıqlaması ilə bağlı geniş bir yazı verib. (Link şərhdə).
Biz o zaman bunun saxta olduğun xanım Zhangsız da bilirdik və deyirdik də. İş görmək, islahat aparmaq, xalqın ən ümdə ehtiyacların ödəmək əvəzinə bunlar ayrı-ayrı dövlət idarələrində, nazirliklərdə, YAP-ın gənclər dəstələrində, sosial idarələrin rayon şöbələrində, hətta kənd təsərrüfatı nazirliklərində trol kabinetləri yaradıb saxta profillərlə müxalifətə hücumlar təşkil edir, tutuquşu kimi bir-birini təkrar edən gic-gic şərhlər yazırdılar.
“Doing Business” kimi bunun da zibili çıxdı. Xanım Zhang deyir ki, Honduras hakimiyyətinin və Azərbaycan hakim partiyasının sxta hesablardan müxalifətə hücumlar təşkil etməsi barədə bir ildən çoxdur hesabat hazırlayıb FB rəhbərliyinə təqdim etmişəm, amma bu günə qədər tədbir görülməyib. Görən bunun illəti nədir?
Xatırlayırsınısa YAP-ın Səfiyyə adlı bir robotu var idi və yerin altın da “bilirdi”, üstün də, çox etibarlı bir robot idi, nə qədər soruşsalar da ölkəni bürümüş korrupsiya haqqında bircə kəlmə də demədi, özü də tez-tez İlham Əliyevlə “səmimi” söhbət edir, onun xoşuna gələn sözlər deyirdi və hətta “əxlaqlı” davranışlarına görə YAP başbilənlərindən birinə siğə etdirmək istəyirdilər onu. İndi bəlkə onu çıxartsınlar ekrana hakim partiyanın Sophia Zhang tərəfindən yeni açıqlanan natəmiz əməllərinə bir aydınlıq gətirsin.