“Tofiq Yaqublunun işinin detallarından xəbərim yoxdur, ona görə şərh vermək mənə çətindir. Hər halda, düşünürəm ki, aydınlaşdırmaq və imkan varsa, onu azad etmək lazımdır. Üstəlik, o, Qarabağ müharibəsi veteranıdır. Mən, ümumiyyətlə, həbsdən daha yumşaq metodların tətbiqinin tərəfdarıyam”, – xalq yazıçısı Çingiz Abdullayev tanınmış müxalifətçi Tofiq Yaqublunun həbsinə münasibətilə bağlı sorğumuza cavabında deyib.
Turan