“Müdafiə Xətti” 14 iyul 2020-ci il tarixli Qarabağ və Orduya dəstək yürüşünün ardınca həyata keçirilən, siyasi fəallara qarşı qanunsuz həbslər, saxta ittihamlar və işgəncə hallarıyla, ciddi hüquq pozuntularıyla müşayiət olunan sərt siyasi repressiyaları narahatlıqla izləyir.
Bu gün, 11 sentyabr 2020-ci ildə Baş Prokurorluğun İstintaq İdarəsi həmin yürüşdən sonra başladığı cinayət işinin istintaqını başa çatdırdığını bəyan edib.
Azərbaycan-Ermənistan sərhədində baş verən son faciəli hadisələr zəmnində iyulun 14-də ölkəmizin ərazi bütövlüyünə, Silahlı Qüvvələrə dəstək şüarları ilə keçirilən dinc küçə yürüşü texnika və güc tətbiq edilməklə dağıdıldı. Dinc yürüşün zorakı üsullarla dağıdılması üçün bəhanə polis və təhlükəsizlik qüvvələrinin müəmmalı hərəkətsizliyi nəticəsində kimlərinsə yaxındakı Milli Məclisin binasına girməsi oldu. Heç bir təşkilatçısı və idarəedicisi olmamasına baxmayaraq, bütüş şəhər boyu saatlarla tam dinc və insidentsiz keçirilmiş çoxminli yürüş iştirakçıları içindən kimlərinsə qəfildən yaxınlıqdakı polis avtomobilni çevirməsi də müəmmalı olmuşdur.
Hökumət bu hadisələrdən yürüşlə bağlılığı olmayan siyasi rəqiblərinə qarşı qanunsuz istifadə etmək yolu tutmuşdur.
Prezident İlham Əliyev hökumətin iclasını çağırıb, qanuna uyğun surətdə keçirilən həmin kütləvi tədbiri təxribat kimi təqdim edərək müxalif AXCP-nin dövlət çevrilişi məqsədi ilə təşkil etdiyini bəyan etdi. Prezidentin müxalifəti düşmən elan edən və nifrətə çağıran həmin çıxışının ardınca repressiyalar başladı. Müxalif siyasi fəallar bir-birinin ardınca həbsə atıldılar. AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlının, AXCP Binəqədi rayon təşkilatının üzvü Seymur Əhmədzadənin timsalında saxlanılan fəallar işgəncəyə, qeyri-insani rəftara, ləyaqəti alçaldan davranışa məruz qaldılar.
Hüquq və insanlıqla bir araya gəlməyən həmin hallar yerli və beynəlxalq ictimaiyyətin, hüquq müdafiə təşkilatlarının, mötəbər siyasi mərkəzlərin son dərəcə sərt tənqidini şərtləndirdi.
Hakimiyyətin Covid19 pandemiyası dövründə başladığı kütləvi repressiys və insan haqları pozuntuları pik həddə çatdı. Saxta cinayət ittihamı ilə həbsə atılanlardan başqa 10-larla siyasi fəal və adi vətəndaşlar uydurma əsaslarla inzibati həbsə məruz qaldılar.
Bir neçə siyasi fəala isə saxta əsaslarla virusu qəsdən yaymaqla bağlı ittihamlar verildi və həbsə salındı.
Qarabağ yürüşünü bəhanə edərək Baş Prokurorluğun İstintaq İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.3, 34.2, 233; 32.3, 34.2, 315; 32.3, 34.2, 186.2.1; 32.3, 34.2, 186,2.2; 32.3, 34.2, 127.2.1 maddələri ilə açılmış cinayət işinin istintaqı bitib.
Yaxın günlərdə cinayət işi məhkəməyə göndəriləcək. Təqsirləndirilən şəxslər və onların müdafiəçilərinin istintaq materialları və maddi sübutlarla tanış olması 14.09.2020-ci il saat 9:00-dan başlanılır. Həmin iş üzrə 37 nəfər təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub, onların 36 nəfəri barədə həbs qətimkan tədbiri seçilib.
Həmin cinayət işi üzrə ittiham verilmiş şəxslərin siyahısını təqdim edirik. Onlardan 16 nəfər AXCP üzvü, 2 nəfər MHB üzvü, 1 nəfər ADR Hərəkatının üzvüdür. Qalanların hər hansı siyasi fəaliyyəti barədə məlumat yoxdur.
“Müdafiə Xətti” beynəlxalq insan haqları qurumlarını, hüquq müdafiəçilərini böyük siyasi repressiya hadisəsi olan bu məhkəmə işlərinə xüsusi diqqət ayırmağa çağırır.
“Müdafiə Xətti” qorxur ki, siyasi sifarişlə həbsə atılmış bu şəxslərin ədalətli məhkəmə hüquqlarının kobud pozulması davam edəcək və məhkəmələr saxta ittihamları heç bir ciddi araşdırma olmadan təsdiq edəcəklər.
İttiham olunanların siyahısı:
1.Mustafayev Səbuhi Yusif oğlu (17.07.2020-ci il tarixdə Nəsimi rayon Məhkəməsində (hakim Ceyhun Tağıyev) barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib, ictimai-siyasi fəal deyil);
2.Vahabov Müşviq Fazil oğlu (17.07.2020-ci il tarixdə Nəsimi rayon Məhkəməsində (hakim Azər Tağıyev) 3 aylıq həbs qətimkan tədbiri seçilib, ictimai-siyasi fəal deyil);
3.Əliyev İlkin Pirəli oğlu (17.07.2020-ci il tarixdə Nəsimi rayon Məhkəməsində (hakim Elməddin Hüseynov) barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib, ictimai-siyasi fəal deyil);
4.Məmmədov Elçin Əliağa oğlu (17.07.2020-ci il tarixdə Nəsimi rayon Məhkəməsində (hakim Ramin Xəlilov ) barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib, ictimai-siyasi fəal deyil);
5.Vəliyev Tural Famil oğlu ( Müsəlman Birliyi Hərəkatının (MBH) üzvü, 18.07.2020-ci il tarixdə Nəsimi rayon Məhkəməsində (hakim Azər Tağıyev) barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib);
6.Mahmudov Kamil Akif oğlu (MBH üzvü, 18.07.2020-ci il tarixdə Nəsimi rayon Məhkəməsində (hakim Ceyhun Tağıyev) barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib);
7.Hüseynzadə Emin Şirməmməd oğlu (18.07.2020-ci il tarixdə Nəsimi rayon Məhkəməsində (hakim Azər Tağıyev) 3 aylıq həbs qətimkan tədbiri seçilib, ictimai-siyasi fəal deyil);
8.Babayev Ramiz Həmzə oğlu (18.07.2020-ci il tarixdə Nəsimi rayon Məhkəməsində (hakim Ramin Xəlilov) 3 aylıq həbs qətimkan tədbiri seçilib, ictimai-siyasi fəal deyil);
9.Məmmədov Azər Vaqif oğlu (18.07.2020-ci il tarixdə Nəsimi rayon Məhkəməsində (hakim Elməddin Hüseynov) barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib, ictimai-siyasi fəal deyil);
10.Yusifli Asif Qənbər oğlu (AXCP Rəyasət Heyətinin üzvü. 18.07.2020-ci il tarixdə Nəsimi rayon Məhkəməsində (hakim Babək Pənahov ) barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib);
- Əhmədov Seymur İntiqam oğlu (AXCP Binəqədi təşkilatının məclis üzvü, 18.07.2020-ci il tarixdə Nəsimi rayon Məhkəməsində (hakim Ramin Xəlilov ) barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib); 12.Rəhimli Şəmsi Rasim oğlu (18.07.2020-ci il tarixdə Nəsimi rayon Məhkəməsində (hakim Azər Tağıyev) barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib, ictimai-siyasi fəal deyil); 13.Nağıyev Ramid Zəkrulla oğlu, AXCP Təşkilat şöbəsinin üzvü, 20.07.2020-ci il tarixdə Nəsimi rayon Məhkəməsində (hakim Ramin Xəlilov) barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib);
- Mustafayev Siyavuş Firudin oğlu, (NMR-nın DİN-in keçmiş nazir müavini, 20.07.2020-ci iltarixdə Nəsimi rayon Məhkəməsində (hakim Elməddin Hüseynov) 3 aylıq həbs qətimkan tədbiri seçilib); 15.Imanov Bəxtiyar Bədəl oğlu , AXCP Rəyasət Heyətinin üzvü, 20.07.2020-ci il tarixdə Nəsimi rayon Məhkəməsində (hakim Babək Pənahov ) barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib); 16.Mövlayev Dəyanət Kərəm oğlu 20. 07.2020-ci il tarixdə Nəsimi rayon Məhkəməsində (hakim Azər Tağıyev) barəsində CM-nin 186.2.1, 233 və 315-ci maddələrilə 3 aylıq həbs qətimkan tədbiri seçilib, ictimai-siyasi fəal deyil;)
- Quliyev Vüsal Gündüz oğlu 07.2020-ci il tarixdə Nəsimi rayon Məhkəməsində (hakim Babək Pənahov) 3 aylıq həbs qətimkan tədbiri seçilib, ictimai-siyasi fəal deyil); 18.Həsənov Ismayıl Vaqif oğlu , AXCP Nəsimi Rayon Şöbəsinin məclis üzvü, 20.07.2020-ci il tarixdə Nəsimi rayon Məhkəməsində (hakim Azər Tağıyev ) barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib); 19.Çobanov Pərvin Nadir oğlu, ADR Hərakatı üzvü, 21.07.2020-ci il tarixdə Nəsimi rayon Məhkəməsində (hakim Babək Pənahov ) 3 aylıq həbs qətimkan tədbiri seçilib); 20.Süleymanov Baba Tahır oğlu, AXCP Nəsimi Şöbəsinin Gənclər Komitəsinin sədri, 21.07.2020-ci il tarixdə Nəsimi rayon Məhkəməsində (hakim Ramin Xəlilov ) barəsində CM-nin 186.2.1, 233 və 315-ci maddələri ilə 3 aylıq həbs qətimkan tədbiri seçilib); 21.Mehdiyev Elçin Eldar oğlu, 2107.2020-ci il tarixdə Nəsimi rayon Məhkəməsində (hakim Elməddin Hüseynov) barəsində CM-nin 186.2.1, 233 və 315-ci maddələrilə 3 aylıq həbs qətimkan tədbiri seçilib, ictimai-siyasi fəal deyil); 22.Məmmədov İsmayıl İltifat oğlu, 2107.2020-ci il tarixdə Nəsimi rayon Məhkəməsində (hakim Elməddin Hüseynov) barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib, ictimai-siyasi fəal deyil); 23.Novruzov Ceyhun Fərhad oğlu, AXCP Binəqədi Şöbəsinin üzvü, 21.07.2020-ci il tarixdə Nəsimi rayon Məhkəməsində (hakim Cəmilə Musayeva ) barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib);
- Nağıyev Məhəbbət Rövşən oğlu, AXCP Sabunçu rayon Şöbəsinin məclis üzvü, 21.07.2020-ci il tarixdə Nəsimi rayon Məhkəməsində (hakim Solmaz Mustafayeva ) barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib);
- Məhərrəmov Ayaz Həbib oğlu, AXCP Rəyasət Heyətinin üzvü, 22.07.2020-ci il tarixdə Nəsimi rayon Məhkəməsində (hakim Azər Tağıyev ) barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib);
- Seyfullayev Telman Saleh oğlu, AXCP Nəsimi Şöbəsinin fəalı, 23.07.2020-ci il tarixdə Nəsimi rayon Məhkəməsində (hakim Elməddin Hüseynov ) barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib);
27.Məmmədov Fariz Azər oğlu 24. 07.2020-ci il tarixdə Nəsimi rayon Məhkəməsində (hakim Elməddin Hüseynov) 3 aylıq həbs qətimkan tədbiri seçilib, ictimai-siyasi fəal deyil);
- Qəhrəmanlı Fuad Əli oğlu, AXCP Rəyasət Heyətinin üzvü, 24 .07.2020-ci il tarixdə Nəsimi rayon Məhkəməsində (hakim Azər Tağıyev ) barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib); 29.Mirzəyev Gündüz Vaqif oğlu, AXCP Binəqədi təşkilatının üzvü, 27.07.2020-ci il tarixdə Nəsimi rayon Məhkəməsində (hakim Azər Tağıyev) barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib); 30.Ariz İbadət oğlu , 27.07.2020-ci il tarixdə Nəsimi rayon Məhkəməsində (hakim Ramin Xəlilov ) 3 aylıq həbs qətimkan tədbiri seçilib, ictimai-siyasi fəal deyil);
- İbrahim Məmməd Əziz oğlu, AXCP Rəyasət Heyətinin üzvü, 28.07.2020-ci il tarixdə Nəsimi rayon Məhkəməsində (hakim Ramin Xəlilov) barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib);
- Cabbarov Elnur Yusif oğlu, AXCP Qaradağ Şöbəsinin sədri, 31.07.2020-ci il tarixdə Nəsimi rayon Məhkəməsində (hakim Solmaz Mustafayeva ) barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib); 33.Quliyev Müşviq Sahibəli oğlu, AXCP Abşeron şöbəsinin üzvü, 31.07.2020-ci il tarixdə Nəsimi rayon Məhkəməsində (hakim Ramin Xəlilov) barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib);
- Məmişov Taleh Seyidxan oğlu, 08.08.2020-ci il tarixdə Nəsimi Rayon Məhkəməsində (hakim Elməddin Hüseynov) barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib, ictimai –siyasi fəal deyil); 35.Məmmədov Ceyhun İzzət oğlu, 19.08.2020-ci il tarixdə tarixdə Nəsimi Rayon Məhkəməsində (hakim Babək Pənahov ) barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib, ictimai –siyasi fəal deyil);
- Abadov Fərid Mətləb oğlu , 08.09.2020-ci il tarixdə tarixdə Nəsimi Rayon Məhkəməsində (hakim Babək Pənahov ) həbs qətimkan tədbiri seçilib, ictimai –siyasi fəal deyil);
- Məmmədov Elvin Sarif oğlu , AXCP üzvü, təqsirləndirilən şəxs qismində cəlb edilib, müstəntiqin qərarı ilə polisin nəzarətinə verilib.