Milli Şuranın sədri Cəmil Həsənli
Tofiq Yaqublunun aclığının 8-ci gündür. 8 saat ac qala bilməyənlər necə anlasınlar bunu? Onub haqsızlığa qarşı mübarizə əzmi, şərə, böhtana baş əyməməsi indi hər an itirə biləcəyi həyatı bahasına başa gəlir. Bir dəli bir quyuya bir daş atıb, özü kimi yüz dəli də onu çıxara bilmir.
Bilirsiniz, Tofiq bəyə qarşı tək şər-böhtan atılmayıb, tək haqsızlıq olmayıb, tək ədalət məhvərindən çıxmayıb, həm də bunlar hamısı həyasızcasın, abırsızcasına edilib. Onun üzərində qurulan məzhəkə ədalətin tapdanması deyildi, həyasızlığın, abırsızlığı nümayişi idi. Etirazın kökündə də məhz bu dayanır.
Uzun illərdir Azərbaycanda İlham Əliyev rejimi insan talelərin məhv edir. Bloger Mehman Qələndərov həbs yerində işgəncə altında öldürüldü, Mehhman Heseynov dünən ağır cərrahiyyə əməliyyatı keçirdi, ondan öncə Gözəl Bayramlı Əliyevin həbs düçşərgəsində sağlamlığını itirdi, Əfqan Muxatrlı öz vətənində yaşamaq haqqından məhrum edildi. Son 6-7 həftədə Xalq Cəbhəsi ilə bağlı baş verənlər rejimin üzün də, astarın da qoyub ortaya. Ağır işgəncələr, insan ləyaqətinin tapdanması, qurama ittihamlar, eliktrik cərəyanı şokunda uydurma “dövlət çevrilişi” haqqında tələb edilən etirafedici ifadələr. Axı siz bu qədər natəmiz, iyrənc əməllərinizlə bu ölkədə dövlətdən əsər-əlamət qoymusunuz ki, kimsə onu devirməyə cəhd etsin. Çevriləsi bir şey qalmamışdı. O, dövləti İlham Əliyev bugün Tofiq Yaqublunu həyatını itirməklə təhdid edən özünün son Novruz “müjdəsində” Prezident Administrasiyası bütün siyasi partiyalara dialoq təklifi etmiş, siyasi spektrin mütləq əksəriyyəti bu təşəbbüsə müsbət reaksiya vermiş və siyasi dialoq artıq başlamışdır. Yeni siyasi konfiqurasiyada satqın, xain beşinci kolonun nümayəndələrinə yer olmayacaq bəyanatını verəndə çevirmişdi.
Bu gün yalnız öz şərəfini, öz ləyaqətini, öz əxlaqını deyil, bütöv bir xalqın şərəfini, ləyaqətini, əxlaqını və mövcudluğunu qoruyan Tofiq Yaqublu ən çətin şəraitdə belə öz ardıcıl mübarizəsi, dirənişi, idealları və ictimai namusu ilə millətin bir zərrəsinə, milli iradənin ifadəsinə çevrilmişdir. O, hazırda içində yaşadığımız tarixin yaradıcısı rolunda çıxış edir.