Emin Şaiq İbrahimov Azərbaycanın ABŞ-dakı səfirliyində və Uruqvaydakı diplomatik missiyasında çalışıb.
Həmişə fikirləşmişəm ki, ölümə qalib gəlmək insanın bu dünyada əsas məqsədlərindən biridir. Bəlkə də, bu, mənim şəxsi təcrübəmdən irəli gəlib. Uzun müddət kəskin ölüm qorxum olub. Ölümə qalib gələn adamlara həmişə heyranlıqla baxmışam. Bunun üçün gərək içində özündən böyük bir şey yarada biləsən.
İndi mən görürəm ki, Tofiq Yaqublu ölümə qalib gələnlərdəndir. Onun özündən böyük əqidəsi var və o, öz əqidəsi uğrunda ölməyə hazırdır. Mən bunu bir insan üçün böyük nailiyyət sayıram.
Tofiq Yaqublu kimi güclü və mütərəqqi insanın məhz var olması cəmiyyətimiz üçün hava-su kimi lazımdır. Tofiq bəy işıqdır və onu qaranlığın girovluğundan xilas etməliyik. Yoxsa hər sönən işıq bizi daha da zülmətə aparacaq. Tofiq Yaqublunu azad edin!