Milli Şuranın sədri Cəmil Həsənli
ABŞ-ın 26-cı prezidenti Teodor Ruzvelt çox şöhrətpərəst idi. Müasirləri deyir ki, o, hər toyda bəy olmaq, hər yasda meyit olmaq istəyirdi. Müqayisə qüsurlu olsa da, bizim ölkənin polisi də, prokuroru da, hakimi də, şahidid də, hətta zərədidəsi də İlham Əliyevdir. Tofiq Yaqublunun ləyaqətsizcəsinə həbsi bu acı həqiqəti bir daha ortaya qoydu.
Bu həyasızlığa etiraz edərək Tofiq bəy artıq 4-cü gündür aclıq elan edib, ölüm təhlükəsi ilə üz-üzə dayanıb. Qarabağ döyüşlərindən sağ çıxdı, indi İlham Əliyevin “döyüş” arsenalındakı yalanın, şərin, böhtanın hədəfinə çevrilib. Onun həyasızcasına, namussuzcasına həbsi ümümdünya hadisəsinə çevrilib. Dünyanın ən nüfuzlu insan haqları təşkilatları, ən nüfuzlu düvlətləri onun həbsinə etiraz edir.
Bəziləri ona 4 il 5 ay iş verilməsindən hiddətlənir, xüsusilə xarici rəylərdə onun işinə ədalətli baxılması tələb edilir. Qardaşlar, dostlar, məsləkdaşlar bu oyunda Tofiq Yaqublunun işi deyilən bir iş yoxdur. Burada İlham Əliyev, Mehriban Əliyeva, ailə klan hakimiyyəti işi var və Tofiq Yaqublunun həyatı üçün onlar hər ikisi, bütövlükdə ailə-klan hakimiyyəti məsuliyyət daşıyır.
Öz ailə şirkətinin bir namussuzun bu işə “zərədidə” kimi qoşublar. Dayandığı, park olunduğu vəziyyət vurulduğuna görə birinci polisə zəng edən Tofiq bəy Əliyevlər ssenarisinə görə elə həmin o polisin böhtanına, şərinə məruz qalıb. Biz çox ədalətsizliklər görmüşdük. Amma hər dəfə İlham Əliyev onun “ədalət” anlayışının ağlabatan bir hüdudu olmadığıyla cəmiyyəti heyrətləndirir. İnsafən adam millətin meydanlara tökülməsi üçün əlindən gələn hər şeyi edir.
İstədim deyəm ki, Tofiq bəylə bağlı baş verənlər adi faşimdir, amma vallah faşistlər də adamı tutanda heç olmasa yalandan da olsa bir bəhanə gətirirdilər. Tofiq bəyi tutmaq üçün bəhanə də olmayıb.