Bu il iyulun 13-də saxta ittihamla həbs edilən keçmiş müdafiə naziri Rəhim Qazıyev ev dustaqlığına buraxılıb. Səbail rayon məhkəməsinin hakimi Şəhla Süleymanova Rəhim Qazıyev barəsindəki həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunması barədə vəkilləri Elçin Sadıqov və Zübeydə Sadıqovanın vəsatətini təmin edib.
Ev dustaqlığı qətimkan tədbirinin müddəti 13 noyabr 2020-ci il tarixədək müəyyən edilib.
Rəhim Qazıyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar) və 282-ci (Təxribat) maddələri ilə başlanılmış cinayət işi üzrə şübhəli şəxs qismində iyulun 13-də saxlanılmışdı. O, Dövlət Təhlükəsizlik Xidmətinin istintaq təcridxanasında saxlanılırdı.
Azadliq.info