İki arxalı şirkətin aldatdığı insanlar indi də iki ali qurum qarşısında qalıb
Bakı şəhəri Mövsün Sənani küçəsi 13/15 ünvanında tikilən hündürmərtəbəli yaşayış kömpleksindən ev alanlar problemlə üzləşib. Həmin kompleksdən ev alan 169 nəfərə bildirilib ki, tikintini həyata keçirən “Konsta” MTK-nın cəmi 62 mənzil satmaq hüququ olub. Qalan mənzilllər tikintinin sifarişçisi “Orxan TİT” MMC-yə məxsus olub. Bu barədə aidiyyatı qurumlara şikayət edən vətəndaşlar sentyabrın 1-də Prezident Admistrasiyasınna da şikayətə gedib. Prezident Admistrasiyasından onları yenidən Baş Prokuror Yanında Korrupsiyaya qarşı mübarizə İdarəsinə göndəriblər.
Şikayətçilərin bildirdiyinə görə, onlardan 10 nəfərini Korrusiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi özü qəbul edib. Problemin qanun çərçivəsində həll olunacağına söz verib.
Prokurorluğun rəsmi məlumatına əsasən , “Konstra” MTK-nın təsisçiləri tərəfindən satış hüquqları olmadığı halda vəzifə səlahiyyətlərindən sui-istifadə edib rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə ayrı-ayrı şəxslərə qanunsuz sataraq əldə edilmiş pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz hallar hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin və qanuni mənafeləri pozulmuş vətəndaşların dairəsinin tam müəyyənləşdirilməsi, habelə vurulmuş ziyanın ödətdirilməsi istiqamətində baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Qeyd edək ki, “Konstra” MTK-nın əsas təsisçilərindən biri Bəsrət Abbaslı Hesablama Palatasının Audit Şöbəsinin müdiri Bəhram Abbasovun oğludur. Şikayətçilərin bildirdiyinə görə bu qalmaqaldan sonra Bəhram Abbasov tutduğu vəzifədən azad edilib.
azadliq. info