Belarus Daxili İşlər Nazirliyi təhlükəsizlik tədbirlərini gücləndirmək üçün zirehli texnikaların Minskə gətirildiyini təsdiqləyib. “İnterfaks” xəbər verir ki, prezident Aleksandr Lukaşenkanun iqamətgahının yerləşdiyi Müstəqillik Sarayının ərazisində artıq 7 “BMP” dayanıb.
Xəbərdə o da vurğulanır ki, həmin hərbi texnikanın üzərindəki eyniləşdirmə nişanları və nömrələr yaşıl boya ilə rənglənib. Bundan başqa Sarayın damında əllərində snayper silahları olduğu ehtimal edilən adamların olduğu bildirilir.
Minskdə minlərlə insan “Sülh və Müstəqillik Marşı” etiraz aksiyasına çıxıb. Verilən məlumatlara görə, yüzlərlə insan “ağ və qırmızı” simvollarla müxtəlif istiqamətlərdən şəhər mərkəzinə “Müstəqillik meydanı”na toplaşır.
Azadlıq radiosu