Bu gün Nizami rayon məhkəməsində Milli Şuranın Kordinasiya Mərkəzinin və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun işi üzrə növbəti məhkəmə prosesi keçirilib. AXCP sədri Əli Kərimli də məhkəmədə iştirak üçün gəlib. Lakin onun məhkəmədə iştirakına pandemiyanı bəhanə edib şərait yaradılmayıb. Əli Kərimli bunun belə olacağını qeyd etməklə yanaşı qanunsuz olmasını da bildirib. Bu məhkəmənin əslində qapalı keçirilməsini qeyd edib.
Məhkəmə zalında Tofiq Yaqublu Əli Kərimlinin məhkəmə iclasında iştirak etməsini bildirsə də , hakim İbrahim Mehdiyev bu istəyi qəbul etməyib. Bundan sonra Nizami rayon Məhkəməsinin sədrinin adına hakimə etiraz barədə vəsatət yazılı surətdə təqdim edilib. Lakin hakim bu vəsatəti baxılmamış saxlayıb.
Məhkəmə zalında iştirak edən Tofiq Yaqublunun qızı Nigar Həzi məhkəmədə baş verənləri belə təsvir edib : “Məhkəmədə şahid kimi Nizami Rayon Polis İdarəsin Yol-qəza hadisələri üzrə inspektoru , polis baş leytenantı Malik Manafov təlimata uyğun olaraq əvvəlcədən əzbərlədiyi mətni ifadə kimi danışdı. Bu adam necə inspektordur ki, hadisənin sxemini düzgün çəkə bilməyib. Əslində görmək istədiyi kimi çəkib. Sanki bu hadisə səhrada baş veribmiş kimi təsvir edib. Yalandan deyir ki, guya bu şəxs hadisə yerinə gələndə Tofiq Yaqublu maşında olmayıb. Halbuki gözünün içinə qədər yalan danışırdı. Ata dedi ki, o hadisədən sonra gəlib mənim maşınımın pəncərəsini döydü və özünü təqdim etdi və mən ancaq ondan sonra maşından düşmüşəm. Bu adam iddia edir ki, hadisə yerində kamera olmayıb. Əgər kamera olmayıbsa, onda niyə şahidlər deyirlər ki, bizi kameradan baxıb müəyyən ediblər. Sonra da şahid kimi bizi dəvət ediblər. Malik Manafov və əməliyyatçı çətəsi hadisədən əvvəl orada olublar və kənardan təxribatı izləyiblər. Ancaq Manafov yalandan deyir ki, guya simsiz rabitə vasitəsiylə ona məlumat verilib və o, ondan sonra Nizami Polis İdarəsindən hadisə yerinə gəlib. Anten dairəsindən onun həmin vaxt harada olduğunu müəyyən etmək üçün vəkillər ondan telefon nömrəsini istədilər. Ancaq nömrəsini vermədi. Hakim buna nə reaksiya versə, yaxşıdır? “Vermək istəmir, vermir də”. Bilir ki, onda həqiqət üzə çıxacaq, yalanları ifşa olacaq. Bu üzəduran Manafovun guya maşınların bazarda hansı sürətlə hərəkət etdiyi barədə təsəvvürü yoxdur. Adam Elxan Cəbrayılovun həmin günü geyindiyi köynəyin rənginə qədər hər şeyi xatırlayır, ancaq hadisə günü Tofiq Yaqubluyla bağlı heç nəyi xatırlamır. Manafov Tofiq Yaqubluya “yoldaş” deyə müraciət edəndə, ata ona dedi ki, sən mənim yoldaşım ola bilməzsən. Sənin yoldaşın üzəduranlardır, Cəbrayılovlardır, rüşvətxorlardır!”
Malik Manafov saxta hal şahidləri müəyyn edib. Onların cinayət işində adları N.Acalov və X.Ağayev kimi qeyd edib. Onların şəxsiyyətini müəyyən etmək üçün bundan başqa heç bir məlumat qeyd edilməyib. Və həmin şəxslər barədə isə heç bir məlumat vermədi”.
azadliq.info