AXCP Ali Məclisinin üzvü Nicat Abdullayev 30 sutkalıq inzibati həbsdən azad olunub. O, iyulun 19-da öz evində həbs olunub, karantin qaydalarını pozmaq ittihamı ilə inzibati məsuliyyətə cəlb olunub. Onunla birlikdə saxlanılan AXCP fəalları Baba Süleymanov və Ceyhun Novruzov barəsində isə cinayət işi açılıb və barələrində həbs qətimkan tədbiri seçilib.
AXCP bu həbsləri partiyaya qarşı represiyanın tərkib hissəsi sayır.
azadliq.info