Avqustun 18-də Xətai rayon məhkəməsində AXCP Rəyasət heyətinin üzvü Məmməd İbrahimin orduya dəstək aksiyasında iştiraka görə həbs olunan oğlu Mehdi İbrahimov barədə həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi üzrə məhkəmə iclası keçirilib. Vəkil Aqil Layicin verdiyi vəsatəti hakim İbrahim İbrahimli təmin edib. Mehdi İbrahimov məhkəmə zalında iştirak etməyib. Qərarın icrasını müşahidə etmək üçün İxtisaslaçdırılmış Müalicə Müəssisəsinə gedən vəkil və Mehdinin yaxınları başqa mənzərə ilə qarşılaşıblar. Məlum olub ki, M. İbrahimovun arxasınca Təcili Yardım göndərib. O, yenidən karantinə alınmaq üçün “Atletlər kəndinə” aparılıb. Halbuki, Mehdi İbrahimov İxtisaslaşdırılmış müalicə müəssisəsində karantində olub. Vəkil bunun qanunsuz , qərarın icra olunmalı olduğunu bildirib. Bu barədə ədliyyə Nazirliyinin qaynar xəttinə və Ombudsman Aparatına şikayət etdiklərini də qeyd edib.
Həmçinin, karantinə alınan Mehdi İbrahimova yaxınları ilə əlaqə yaratmaq üçün mobil telefonu özünə verilməyib.
azadliq.info